Nida Xəbər
Zakir Həsənova “Ali zabit” medalı verildi - FOTO
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
görüşdə bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də
ölkəmizin böyük nailiyyətlər qazandığını deyən Müdafiə naziri
vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri
nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır.
Azərbaycanda idmanın inkişafı dinamik xarakter daşıyır və ölkənin
ictimai həyatında mühüm rol oynayır. Son illərdə təkcə Bakıda
deyil, respublikamızın bütün bölgələrində də idman kompleksləri
tikilib.
Ölkəmizin təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də mühüm
beynəlxalq yarışların təşkilində nailiyyətləri ilə dünyada
tanındığını deyən nazir qeyd edib ki, bir sıra mötəbər beynəlxalq
idman qurumları dünya səviyyəli yarışların Azərbaycanda
keçirilməsinə tərəddüdsüz razılıq verirlər. Artıq Azərbaycanda
keçirilən beynəlxalq idman yarışları silsilə xaraktetri
daşıyır.
Ölkəmizin CISM ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Müdafiə
naziri nüməyəndə heyətinin bu səfərinin orduda idmanın inkişafına
mühüm təkan verəcəyinə əminliyini bildirib.
CISM-in prezidenti də öz növbəsində bu gün Azərbaycanın dünyada həm
də idman dövləti kimi tanındığını xüsusi qeyd edib. Azərbaycanın
hər zaman CISM-ə böyük dəstək verdiyini vurğulayan qonaq bildirib:
“Biz əminik ki, Azərbaycan ilə Şura arasında olan səmimi
münasibətlər bundan sonra da davam edəcəkdir”.
Müxtəlif illərdə Azərbaycanda hərbçilər arasında idmanın bir çox
növləri üzrə 4 dəfə dünya çempionatlarının keçirildiyini xatırladan
CISM prezidenti ölkəmizin bu sahədə böyük təcrübəyə malik olduğunu
vurğulayıb.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə CISM arasında
əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair
fikir mübadiləsi aparılıb.
Sonda Beynəlxalq Hərbi İdman Şurası tərəfindən təsis edilmiş “Ali
zabit” medalı Müdafiə naziri general-polkovnik Zakir Həsənova,
“Zabit” medalı isə Müdafiə nazirinin birinci müavini - Silahlı
Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova
təqdim edilib.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək