Türkiyə parlamentindən Xocalı soyqırımı - Bəyanatı
Bizi izləyin

Nida Xəbər

Türkiyə parlamentindən Xocalı soyqırımı - Bəyanatı

Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda insanlıq adına qara ləkə olan bu cür təcavüzkar hərəkətlərin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin, BMT-nin Təhlükəsizlik Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının bu qətliama haqq etdiyi əhəmiyyəti verməsi və lazımi reaksiya göstərməsinin vacib olduğu bildirilib.

Sənəddə Ermənistan silahlılarının 1992-ci ilin 25-dən 26-na keçən gecə Xocalıda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı kişi olan 613 məsum şəxsin vəhşicəsinə öldürüldüyü qeyd edilib. Bildirilib ki, ermənilər 76-sı uşaq, 487 nəfəri yaralayıb, 1275 nəfər isə əsir alınıb. Onlardan 150-sinin aqibəti hələ də bəlli deyil:

“Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın bu faciəsini qəlbimizdə hiss edirik və Ermənistanın gerçəkləşdirdiyi bu qətliamı, eləcə də Azərbaycan torpaqlarının davam edən işğalını şiddətlə qınayırıq. Xocalı qətliamında həyatlarını itirən azərbaycanlı qardaş və bacılarımızı rəhmətlə anır, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm