Adil Əliyev: “Novruz Məmmədovun namizədliyi düzgün verilmiş qərardır”
Bizi izləyin

Nida Xəbər

Adil Əliyev: “Novruz Məmmədovun namizədliyi düzgün verilmiş qərardır”

“Azərbaycanın 28-ci baş naziri Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi-Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov oldu. Cənab Prezident tərəfindən baş nazir vəzifəsinə Novruz müəllimin namizədliyinin irəli sürülməsi düzgün və dəqiq verilmiş qərardır”.

Publika.az
xəbər verir ki, bu barədə Novruz Məmmədovun baş nazir seçilməsinə münasibət bildirən Milli Məclisin deputatı Adil Əliyev deyib.

Onun sözlərinə görə, bu addım birbaşa dövlətimizin daha güclü olmasına xidmət edir.

“Novruz müəllim daxili və xarici siyasəti yüksək səviyyədə bilən şəxsdir. Bir neçə dildə sərbəst danışır. Ölkəmizin xarici siyasətinin güclənməsində böyük xidmətləri var. Yüksək insani keyfiyyətlərə malikdir. Əqidəli, xarakterli, adı bu günə qədər heç bir mənfi işlərdə çəkilməyən dövlət məmurudur”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm