İran nefti 2016-cı ildən əvvəl Avropaya idxal edilməyəcək
Bizi izləyin

Digər

İran nefti 2016-cı ildən əvvəl Avropaya idxal edilməyəcək

İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında əldə olunan razılaşma qlobal bazarları canlandırıb.

Publika.az xarici mətbuata istinadən bildirir ki, Avropada səhmlər yüksəlib. 2011-ci ildən bu yana ən yaxşı qazancı əldə edib. Xüsusilə enerji şirkətləri vəziyyətdən qazanıblar. Buna baxmayaraq, mütəxəssislər İran neftinin 2016-cı ildən əvvəl Avropaya idxal edilməyəcəyini deyirlər: "Beynəlxalq Atom Enerjisi Təşkilatının İranın yeni razılaşmanın şərtlərinə uyğun gəldiyini təsbit etməsi aylar çəkəcək. Buna görə 2016-cı ildən əvvəl İran neftinin yenidən idxal edilməsinə başlanacağını düşünmürəm".

İranın embarqodan sonra neft ixracını bir il ərzində 60 faiz nisbətində artırması gözlənilir. Bu arada ölkənin qapıları sərmayə üçün beynəlxalq şirkətlərə açıq olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm