“Statoil” TAP-dakı payını yunanlara satır?
Bizi izləyin

Digər

“Statoil” TAP-dakı payını yunanlara satır?

Trans Adriatik boru kəməri (TAP) səhmdarları arasında öz payını satmaq istəyən şirkət bəlli olub. Bu, Norveçin neft və qaz nəhəngi “Statoil” şirkətidir.

Publika.az xəbər verir ki, Norveç şirkətini belə bir addım atmağa onun “Şahdəniz” layihəsindəki payını hüquqi baxımdan tam satması vadar edib.

Nəzərə çatdıraq ki, “Statoil”un payını almaq üçün bir neçə şirkət maraq göstərir. Yunanıstan şirkətləri də bu sırada var.

Xatırladaq ki, 2015-ci il mayın əvvəlində “Statoil” şirkəti “Şahdəniz” və Cənub-Qafqaz Boru kəməri layihələrindəki 25,5% payının tamamilə satılması (SOCAR, BP və Petronas arasında), həmçinin “Azerbaijan Gas Supply Company” (“Şahdəniz” layihəsi üzrə qazın satışı ilə məşğul olan şirkət) şirkətindəki payların müvafiq olaraq bölüşdürülməsi və operatorluğun SOCAR-a keçməsi prosesini başa çatdırdı və beləliklə, Azərbaycanın qaz layihələri ilə artıq heç bir bağlantısı qalmadı.

İyunun 4-də İtaliyanın Snam şirkətinin icraçı direktoru Karlo Malakarne Parisdə IV Ümumdünya Qaz konqresində çıxış edərkən bəyan etmişdi ki, TAP layihəsində 20% pay almaq niyyətindədirlər.

Bu həftənin əvvəlində isə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Malakarne bəyan edib ki, hazırkı mərhələdə TAP-ın 20%-lik payı 400 milyon dollara başa gələ bilər.

TAP layihəsi “Cənubi qaz dəhlizinin” tərkib hissəsidir. TAP layihəsinin səhmadarları hazırda aşağıdakı şirkətlərdir : “BP” (20%), “SOCAR” (20%), “Statoil” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və” AXPO” (5%).

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm