Əhalinin maaşı bəlli oldu
Bizi izləyin

Digər

Əhalinin maaşı bəlli oldu

2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artaraq 457,2 manat təşkil edib.

Publika.az xəbər verir ki, dövr ərzində əmək haqqı neft sektorunda 2073,0 manat, qeyri-neft sektorunda 417,6 manat, dövlət bölməsində 354,0 manat, özəl bölmədə 601,5 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm