Azərbaycan Tibb Universitetindən yeni təşəbbüs
Bizi izləyin

Digər

Azərbaycan Tibb Universitetindən yeni təşəbbüs

Azərbaycan Tibb Universitetindən yeni təşəbbüs

Azərbaycan Tibb Universiteti yeni layihə elan edir. Belə ki, hər ay universitetin rəsmi “Facebook” səhifəsində tibbin müxtəlif sahələrində tanınmış mütəxəssislərlə görüş təşkil olunacaq. ATU-nun mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, həftə boyunca hər bir FB istifadəçisi həmin sahə ilə əlaqədar onu narahat edən sualları həkimə göndərə bilər. Suallar toplandıqdan sonra mütəxəssisin cavabları ümumiləşdirilərək səhifədə dərc olunacaq.

Səhifənin ilk qonağı tibb üzrə fəlsəfə doktoru, ağciyər xəstəlikləri üzrə tanınmış mütəxəssis Rafiq Bayramovdur.

Sualları göndərmək üçün sadəcə ATU-nun rəsmi FB səhifəsini Bəyənmək (Like) lazımdır.

https://www.facebook.com/ATU. official?ref=hl

Rafiq İdris oğlu Bayramov Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsində təhsil alıb. 2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya institutunda, aspiranturada təhsilini davam etdirib, kiçik elmi işçi vəzifəsində çalışıb. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Ağ ciyər xəstəlikləri kafedrasına baş laborant, 2004-cü ildə assistent, 2013-cü ildə isə dosent vəzifəsinə təyin olunub. R.Bayramov 50-dən çox elmi məqalənin müəllifi, tibb üzrə fəlsəfə doktorudur. R.Bayramov 2011-ci ildə ATU-nin I müalicə profilaktika fakültəsinin dekan müavini, 2013-cü ildən etibarən isə Rektorun köməkçisi vəzifəsinə təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm