Şahin Sultanov həbsdə qaldı
Bizi izləyin

Digər

Şahin Sultanov həbsdə qaldı

Bakı Apellyasiya Məhkəməsində bu gün Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.ğ

Bu barədə Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib. Vəkil apellyasiya şikayətinin təmin edilmədiyini qeyd edərək, Bakı Apellyasiya Məhkəməsinin vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxladığını bildirib.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar keçirərkən bir sıra qanun pozuntusu aşkar edib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm