Kömür mədənində ölü sayı 301 nəfərə yüksəldi
Bizi izləyin

Digər

Kömür mədənində ölü sayı 301 nəfərə yüksəldi

Türkiyənin Soma əyalətində şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 298-ə çatıb

Türkiyənin Soma əyalətində şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 298-ə çatıb

Bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız bildirib.

Nazir daha iki bloka çatdıqlarını və 14 işçinin yerini təsbit etdiklərini bildirib. Onun sözlərinə görə, bu vaxta qədər şaxtadan 290 işçi çıxarılıb.

O, şaxtada axtarma işlərinin fasiləsiz davam etdiyini də qeyd edib.

YENİLƏNMƏ

Soma faciəsində ölənlərin sayı 301 nəfərə çatıb.

Bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız verib.

Taner Yıldız qeyd edib ki, hazırki vəziyyətə görə, 301 nəfər dünyasını dəyişib. O bildirib ki, 485 nəfər mədənçi isə xilas edilib:

"İki nəfər işçimiz mədəndə yeri müəyyən edilib. Onları da çıxarmağa çalışırıq. Bütün mədən yoxladıqdan sonra son nəticəni mətbuata açıqlayağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm