Bir tikə çörək...
Bizi izləyin

Digər

Bir tikə çörək...

Bir tikə çörək...

Sözə hardan başlayacağımı bilmirəm. Çox ağırdı, çox. Bu kədəri ifadə edəcək sözləri birləşdirmək mümkünsüzdür. Orhan Veli demiş “tarifsiz kederler içindeyim... “

13 may Türkiyədə baş verən Soma mədən faciəsi. Manisada mədənçilərin şəhid olması bütün türk dünyasını, hətta dünyanı, insanlığı dərin bir fikrə, üzüntüyə düşürdü. Somada ölkə tarixinin ən böyük kömür mədəni qəzası baş verdi. Faciədə 301 insan həyatını dəyişdi. Saatlar keçir, ölüm sayısı artdıqca analar, bacılar, qardaşlar da hər saat ölüb-ölüb dirilirdilər. Qara buludlar Türkiyəmizin dörd bir yanını cənginə almışdı. Bəzən isə leysan yağış kimi yağırdı aramsız ölüm xəbərləri.

Manşetlərdə, xəbərlərdə, müxtəlif peşə sahibi adamlarda o günlərdə ancaq üzüntü yaşayırdı. Klip kanallarının əksəriyyəti vətənpərlik, ana, sufi, dərviş rəqsi, türkülər verirdi. Bir yandan ağlayırdıqsa, digər yandan dualar edirdik. Ancaq tale belə imiş. Manisadan ölüm qoxusu gəlirdi. Sözün baça çatdığı öldüyü yer.

"Çizmelerimi çıkartayım mı? Sedye kirlenmesin."

Bu sözləri yəqin ki, hamımız yaxşı xatırlayırıq. Fikrimcə təkrara ehtiyac yoxdur, ancaq məsələ burasındadır ki, heç vaxt unudulmayacaq sözlər idi. Bütün insanlığa veriləcək bir mesaj idi. Mədənçinin bu sözləri onun necə böyük bir ürəkli olduğunu göstərirdi. Türkiyənin gündəmindən düşməyən bu adam, adam kimi adamdır. Bir blog yazısından xatırlayıram, müəllif belə yazmışdı:

“Çıkarma, çünkü o çizmeleri çıkarırsan yanar bu dünya. İnsanlığımız yanar. Senin çizmelerin temiz, senin alnın ak. Hani o bildiğimiz, özlediğimiz gibi ak, beynimize inen kibir abidesi gibi değil. İçi boşaltılan, içine kurum dolan, her yanı yapış yapış ise zifte bulanan ak gibi değil; senin çizmelerin ak gibi ak.

Biz, ak nedir kara nedir hatırlayalım diye unutmayacağız senin sözlerini. Mecburuz. Hatırlamaya mecburuz çünkü.”

Neçə vaxtdır yazıya, işə-gücə, heç nəyə adaptasiya ola bilmirdim. Gözüm televizyalarda qalır, yata bilmirdim. Günahsız, ən ağır işlərdə çalışan bu fəhlələr bizim Anadolumuzun insanları, abiləri idilər. Onların bir missiyası vardı. O da evə bir tikə çörək aparmaq. Ailəsini dolandırmaq, vəssalam.

Diqqətimi çəkən digər bir informasiya isə Latın Amerika qitəsinin bəzi ölkələri yas tutması oldu. Dinsiz, kommunist Kubanın belə bir jest etməsi məni qürurlandırsa da bu jesti daha çox müsəlman ölkələrdən gözləyirdim. Amma sən saydığını say, gör fələk nə deyir. Venezuela, Boliviya da yas tutdu. Hə bir də Pakistan. Azərbaycanda isə bayrağımız yarıya endirildi. Gənclər bir-iki aksiya etdi. Qardaşımızın yasını yad etdik.

Sonda isə “Kelebeğin rüyası” filmində mədənçilərin dünyasına da işıq salan rejissor, şair Yılmaz Ərdoğandan mədənçilərə həsr etdiyi şeirdən bir-iki misra qeyd etmək istəyirəm:

“Hadi şimdi gider pusulasına yazın kardeşlerimizin vasiyetlerini.

Vergiden düşün babasız kalan çocukların acısını.

Soğuk rakamlar üzerinden bir hayat kurun karanlık ve ıslak maden dehlizlerinde.

Bu işin sorumlularını affetmeye hiçbir kulun gücü yetmez.

Bunu ancak Yaradan yapabilir…”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm