Türkiyədə zəlzələdə xəsarət alanların sayı 300-ə çatdı - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Digər

Türkiyədə zəlzələdə xəsarət alanların sayı 300-ə çatdı - VİDEO (YENİLƏNİB)

Türkiyənin Egey dənizi sahillərində zəlzələ baş verib.

Türkiyənin Egey dənizi sahillərində zəlzələ baş verib.

Əldə olunan son məlumata görə, zəlzələnin gücü Rixter şkalası ilə 6.7 bal olub.

ABŞ Geoloji Araşdırmalar İnstitutu isə episentri Yunanıstanda olan zəlzələnin 7.2 bal gücündə olduğunu bildirib.

Zəlzələ ən çox İstanbul və ona yaxın rayonlarda hiss olunub.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. /Axar.az

Yenilənmə

Publika.az xəbər verir ki, zəlzələ nəticəsində insanlar panikaya düşüb, iş yerlərini, evlərini tərk edib və binalardan tullanıblar. Nəticədə Şarköydə binadan atlanarkən 5 nəfər yaralanıb.

Zəlzələ Manisa, İzmir, Çanaqqala, Bursa, Antalya, Kütahya,Balıkəsirdə hiss edilib.

Yenilənmə

Zəlzələ nəticəsində xəsarət alanların sayı 300-ə yaxınlaşıb. Bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.

Məlumata görə, zəlzələ Türkiyənin bir çox bölgələrində hiss olunub. Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar. Bəzi evlər qəzalı vəziyyətə düşüb.

Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Rəsmi məlumata görə, hələki zəlzələ zamanı ölüm faktı qeydə alınmayıb.

Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm