İlham Əliyev iki ölkə başçısını təbrik etdi
Bizi izləyin

Digər

İlham Əliyev iki ölkə başçısını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Prezidentin rəsmi saytında yayılam təbrikdə deyilir:

“Hörmətli xanım prezident, Argentina Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətində atdığımız addımlar dostluq əlaqələrimizin möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə bundan sonra da mühüm töhfələr verəcək. Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına daim sülh və tərəqqi arzulayıram”.

***

Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyni də ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Təbrikdə bildirilir:

“Əlahəzrət, əziz qardaşım, İordaniyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-İordaniya münasibətlərinə böyük əhəmiyyət verirəm.

Ümidvaram ki, Azərbaycan ilə İordaniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm