"Asbestin təsirinə məruz qalan insanların qorunması üçün Dövlət proqramı qəbul edilməlidir"
Bizi izləyin

Digər

"Asbestin təsirinə məruz qalan insanların qorunması üçün Dövlət proqramı qəbul edilməlidir"

«Azərbaycanda həyat üçün təhlükəli olan mənzillərdə asbestin təsirinə məruz qalan insanların qorunması üçün Dövlət proqramı qəbul edilməlidir».

«Təhlükəsiz və uyğun həyat» şirkətinin baş meneceri Eldar Balabəyov

1998-ci ildə Fransanın tədqiqat qruplarından birinin «Avropa xərçəngə qarşı» adlı hesabatına görə, XX əsrin 90-ci illərin əvvəlində Avropa İttifaqının 15 ölkəsində 1,2 milyondan çox insan əmək fəaliyyəti zamanı asbest ilə üzləşib. Digər bir epidemioloji tədqiqatın proqnozlarına əsasən, növbəti 25 il ərzində yarım milyondan çox avropalı asbestlə təmasdan yaranan xəstəliklər səbəbindən dünyasını dəyişəcək. Qarşıdan gələn 10 il bu proqnozun doğru olub-olmamasını göstərəcək. Lakin son onilliklərdə alimlər tam dəqiqliyi ilə sübut edə biliblər ki, asbest ilə təmas, habelə asbest tərkibli materiallarla zəngin olan yerlərdə əmək fəaliyyəti və ya yaşama insanda xərçəng xəstəliklərin yaranması ilə nəticələnə bilər.

Həmin məsələ Azərbaycan üçün aktualdırmı? Həmvətənlərimiz son illər belə bir miqyasda tikilən yaşayış evlərdə asbestin olub-olmaması məsələsi ilə maraqlanırlarmı? «Təhlükəsiz və uyğun həyat» firmasının baş meneceri Eldar Balabəyov bildirir ki, bəzi müştərilər yaşayış evlərin yüksək radioaktiv zonada, emal sənayesi obyektləri yüksək konsentrasiyada olduğu ərazilərdə yerləşməsi və s. baxımından təhlükəsizliyi ilə yanaşı, rieltorlardan evin konstruksiyasında asbest tərkibli materialların olub-olmaması ilə maraqlanırlar. «Əzizbəyov» metro stansiyası yaxınlığında, Sovet İttifaqı zamanı şifer istehsalı zavodu yerləşdiyi ərazidə mənzil almaq istəyən müştərilərimizə mütləq bildiririk ki, həmin yerdə asbestin havada konsentrasiyasının yüksək olması ehtimalı var. Biz müştəriləri qorxutmuruq. Yalnız onlarla səmimi olmağa çalışırıq», – «Credit Plaza» daşınmaz əmlak şirkətində roeltor işləyən Rasim bildirdi. Onun sözlərinə görə, Bakıda şiferli evlərə tələbat o qədər də yüksək deyil, çünki belə evlər əsasən regionlarda tikilib. Buna baxmayaraq, paytaxtda da evlərinin damları tam şiferlə örtülmüş qəsəbələrə rast gəlmək olar və belə vəziyyət olduqca böyük təhlükə yaradır.

«FM Consulting» qiymətləndirmə şirkətin direktoru Nahid Həsənov öz növbəsində bildirir ki, onun rəhbərlik etdiyi qurum mənzillərin satın alınması ilə məşğul deyil və yalnız daşınmaz əmlakın qiymətləndirilməsini aparır. Lakin şirkət öz fəaliyyətində bu və ya digər evlərin inşasında məhz hansı inşaat materiallarından istifadə edilməsini mütləq nəzərə alır. «İnsanlar evin hansı inşaat şirkəti tərəfindən tikilməsi ilə maraqlanırlar. Şirkətin adını nəzərə alaraq tikinti materialların keyfiyyəti haqqında nəticələrə gəlmək olar. Şirkət evlərin tikintisində ucuz və ya keyfiyyətsiz materiallardan istifadə edibsə, keyfiyyət və ya insanların sağlamlığı hesabına qənaət edibsə, belə şirkətin evləri o qədər də yaxşı satılmır. Alıcılar tərəfindən bahalı mənzillərə böyük tələbat var, çünki bu halda onların həyatına təhlükə az olur», – N. Həsənov qeyd etdi. Məsələnin aktuallığını nəzərə alsaq aydın olur ki, burada söz əsasən asbest tərkibli materiallardan gedir.

Beləcə rieltorları asbest haqqında soruşaraq «Təhlükəsiz və uyğun həyat» şirkətindən olan Eldar Balabəyova gəlib çıxdıq.

- Eldar müəllim, niyə məhz «Təhlükəsiz və uyğun həyat»? Razı olun ki, belə ad daşınmaz əmlak firmasına o qədər də uyğun deyil, sağlam həyat tərzini təbliğ edən hər hansı bir ictimai təşkilata daha çox yaraşar.

- Bizim ad, əlbəttə ki, orijinaldır, lakin vaxtına uyğun və lazımidir. Bu bir marketinq addımıdır və biz onu gizlətmirik. Daşınmaz əmlak fəaliyyəti ilə məşğul olan firmaların adlarına diqqət yetirsəniz, görərsiniz ki, onlar əsasən təsisçilərin müştərilərə həmin firmaların iş istiqamətini göstərmək arzusunu əks etdirir. Həmçinin rieltor mənzillərin satın alınmasından savayı nəylə məşğul ola bilər? Ona görə «ev», «əmlak», «home» və s. kimi sözlərə firmaların adlarında kifayət qədər tez-tez rast gəlmək olar. Amma Azərbaycanda o vaxtlar ki, rieltorlar insanları yalnız bir araya gətirib işlərinə görə faiz götürürdülər, çoxdan keçmişdir. Hazırkı müştəri fərqlidir. İndi insanlar ilk öncə yaşayış yerinin təhlükəsizliyi məsələləri ilə maraqlanırlar. Firmamızın adı «Təhlükəsiz və uyğun həyat» olaraq müştərilərimizin həmin bu meylini və onlara ən təhlükəsiz, keyfiyyətli və təbii ki, maliyyə imkanlarına uyğun mənzillərin təqdim edilməsi arzularımızı əks etdirir. Yeri gəlmişkən, şirkətimiz olduqca gəncdir, 2013-cü ilin sonunda açılmışdır və Əhmədli qəsəbəsində yerləşir.

- Müştərilərin mənzillərin təhlükəsizliyi məsələsində ən böyük narahatına səbəb olan nədir? Sizə bununla əlaqədar konkret təkliflər daxil olurmu?

- Bəli, əlbəttə. Bu gün yaşayış mənzillərin asbest təhlükəsindən qorunması məsələsi olduqca aktualdır. İnsanlar maraqlanırlar ki, divarların, döşəmələrin, kanalizasiyanın və digər kommunikasiyaların səs və istilik izolyasiyası üçün məhz hansı materiallardan istifadə edilmişdir. Müştərilər belə detalları mükəmməl bilir. Həm də bu, istər «pod mayak», istərsə də tikinti şirkəti və ya ilkin sahibi tərəfindən təmir olunmuş mənzillərdən söhbət edilməsindən asılı deyil.

- İnsanlara əvvəlcədən xəbərdarlıq edirsiz ki, belə bir evdə asbest tərkibli materiallardan istifadə olunduğu üçün yaşamaq təhlükəlidir. Sizi doğru anladımmı?

- Tamamilə doğrudur. Xəbərdarlıq edirik. Məntiqi aydındır. Və mən onu sizə indi göstərəcəyəm. Biz müştərilərimizi onların qarşısında düzlüyümüz və səmimiyyətimiz ilə cəlb edirik. Bu gün daşınmaz əmlak bazarında yalnız belə işləmək olar. İlk növbədə reputasiyadır. Bilirsiz, mənfəətimiz məhz hansı şəkildə artır? Arifmetik silsilə ilə. Doğrudur, onun həcmi heç də böyük deyil, axı biz təzəcə açılmışıq. Və düzlüyümüz müştəri qarşısında qazancımızı təmin edir. Biz insanlara dərhal xəbərdarlıq edirik ki, asbest – ölümdür, asbest – gələcəkdə xərçəng xəstəliyini qazanmaq mümkünlüyüdür, asbest – sonsuzluq ehtimalıdır.

Belə mənzilləri heç bir kəs satmır və ya da almır. Lakin, biz əvəzində keyfiyyətli və təhlükəsiz mənzilləri təklif edirik və insanlar başa düşürlər ki, həmin alternativ, yəni tikintisində asbest materiallardan istifadə edilməmiş mənzillər sağlamlığa 100 %-lik zəmanət deməkdir. Və bu məsələnin ən xoşaqəlməz tərəfi odur ki, belə mənzilləri başabəla rieltorlardan almış insanlar öz problemi ilə təkbətək qalırlar.

- Bəs burada hansı çıxış yolu ola bilər?

İnsanları asbestin təsirindən qorumaq üçün müvafiq dövlət proqramı qəbul edilməlidir. Həmin proqramda asbestin təsirindən zərər çəkmiş adamların kompensasiya alması nəzərdə tutulmalıdır. ABŞ-də asbest qurbanlarına kompensasiya verilməsinin həm hökumət, həm də qeyri-hökumət təşkilatları tərəfindən aparılmasını bilirsizmi? Bəs bizdə döşəməsinin ilkin örtüyü asbest-sementdən hazırlanmış mənzilləri alan insanlara kompensasiyanı kim ödəyəcək? Təbii ki, heç bir kəs. Birincisi, ona görə ki, Azərbaycanda asbest qurbanlarına kompensasiyanın ödəməsi məsələsi ümumiyyətlə nə dövlət səviyyəsində, nə də hər hansı digər səviyyədə nəzərdə tutulur, bu da insanların asbest ilə təmasda olması nəticəsi olaraq xərçənglə xəstələndiyi halda onlar tərəfindən pul kompensasiyaların almasını istisna edir. İkincisi, dövlət strukturlarını əvəzləyərək təzminat ödəyicisi kimi fəaliyyət göstərə bilən qeyri-hökumət təşkilatları yoxdur. Üçüncüsü, həmin insan özü könüllü olaraq onu uzun illər ərzində yavaşca öldürən mənzili almışdır. Və asbestə qarşı dövlət təbliğatın olmaması səbəbdən günahkarları, prinsipcə, axtarmağa dəyməz. Lakin bizdə sağlam həyat tərzini təbliğat edən sistem nizamlı şəkildə fəaliyyət göstərsəydi və onun aspektlərindən biri asbest mövzusuna toxunsaydı, o zaman günahkarları axtarmaq olardı.

- Bu sistem nəyi dəyişə bilərdi?

- Bir tərəfdən rieltorların özləri tikintisində asbestdən istifadə edilmiş mənzilin və ya evin təhlükəli olmasından xəbərdar olaraq həmin daşınmaz əmlakı alıcılara təklif etməzdilər. Yalan söyləməyək, daşınmaz əmlak bazarında bir neçə belə şirkət vardır ki, onlara hansı materiallardan evin tikilməsi və bunun müştərilərin sağlamlığına necə təsir göstərəcəyi kimi məsələlər maraqlı deyil. Və ya əgər təklif etsəydilər, bu bir cinayət kimi sayıla bilərdi. Bəli, yəqin ki, rieltorlar özlərini «qurbanlar» tərəfindən mümkün olan məhkəmə iddialarından qorumaq üçün müqavilədə göstərə bilərlər ki, insan daşınmaz əmlakın potensial təhlükəliliyi haqqında məlumatlandırılmışdır və o, könüllü olaraq sövdənin bağlanmasına razılıq vermişdir. Əgər müqavilədə belə bir bənd olmasa, alıcı sağlamlığının itirməsinə səbəb olan məlumatın ondan qəsdən gizlədilməsinə görə daşınmaz əmlak şirkətindən rahatca məhkəmə vasitəsilə əhəmiyyətli məbləğdə pul almaq bilər. Amma müvafiq dövlət proqramı belə sazişlərin bağlanmasını tamamilə istisna edərək çoxlu insan həyatını tikintisində asbest tərkibli materiallardan istifadə edilmiş mənzillərin alınması nəticəsində yaranmış xərçənglə xəstələnmə təhlükəsindən xilas edərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm