İhsanoğlunun namizədliyi CHP-də böhran yaratdı
Bizi izləyin

Digər

İhsanoğlunun namizədliyi CHP-də böhran yaratdı

Türkiyədə ümumxalq səsverməsi ilə keçiriləcək ilk prezident seçkilərində CHP və MHP-nin vahid təmsilçisi professor Ekmeleddin İhsanoğlunun prezidentliyə namizədliyi CHP-də böhran yaradıb.

Publika.az-ın məlumatına görə, namizədlik ərizəsinə imza atmayan CHP-li 21 millət vəkilinin, Ankara millət vəkili Əminə Ülkər Tarhanı namizəd göstərməyə hazırlaşdıqları bəlli olub. İzmirdən imza verməyən məclis üzvü Birgül Ayman Gülər 21 parlament təmsilçisinin sabah toplaşaraq, öz namizədlərini təqdim edəcəklərini söyləyib.

CHP-nin parlament qrupuna rəhbərlik edən Əngin Altay həmkarlarını ciddi məzəmmət edərək, “Bu, çox riskli bir oyundur", - deyib.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm