Dünyanın ən bahalı çarpayısı
Bizi izləyin

Digər

Dünyanın ən bahalı çarpayısı

İngilis sənətkar Tracey Eminin "Yatağım" (My Bed) adlı müasir incəsənət işi Londonda təşkil edilən hərracda 2.2 milyon Sterlinqə satılıb.

Publika.az xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı Christie 's hərrac salonunda məşhur Saatchi Gallery sahibi Charles Saatchi tərəfindən satışa təqdim edilən çarpayının açılış qiyməti 1 milyon Sterlinqin iki mislinə müştəri tapıb. Ancaq alıcının adı açıqlanmayıb.

Sənətçi 1998-ci ildə tamamladığı sənət əsərini "romantik münasibətlərdən sonra yaşadığı çətin dövrlərin bir əksi" adlandırıb.

Atası Şimali Kiprli Türk olan 50 yaşındakı Tracey Emin mübahisəli müasir incəsənət işləri ilə tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm