• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İŞİD İsrailin layihəsidir? - ŞOK İDDİA

  • Digər
  • 11 İyul 2014 11:46
  • 1 768 Baxış
İŞİD İsrailin layihəsidir? - ŞOK İDDİA

Özünü İslam dininin əsas müdafiəçisi və təbliğatçısı sayan İŞİD iki ilə yaxındır Suriya və İraqda "kafirlərə, zalımlara qarşı mübarizə" adı altında müharibə aparır. Terrorçular təkcə hakimiyyət nümayəndələrini deyil, dinc insanları da qanına qəltan edir, mülki şəxsləri öldürürlər. Suriya və İraq ərazilərində "xilafət" yaratdıqlarını elan edən İŞİD-çilər dünya müsəlmanlarının keşikçisi, əsgəri olduqlarını bəyan ediblər.

Son günlər İsrail Qəzzada müəslman fələstinlilərin yaşadıqları ərazilərdə hərbi əməliyyatlar keçirirlər. Üç israilli gəncin naməlum şəraitdə ölümündən sonra başlanılan hərbi əməliyyatlar zamanı ölənlərin sayı 100-ü keçib. Yaralananların sayı 500 nəfər civarındadır. Sual olunur, İŞİD nə üçün fələstünliləri müdafiə etmir? Nə üçün İsrailə qarşı müharibə elan etməyib?

Politoloq Elxan Şahinoğlu düşünür ki, İŞİD "dini qorumaq və təmizləmək" pərdəsi adı altında geosiyasi sifariş yerinə yetirir: "Bu İŞİD bu qədər dinpərəstdirsə, İraqdakı müsəlmanları qətlə yetirməkdənsə, Qəzzadakı müsəlmanların köməyinə getsin. Gedərmi? Əsla. Çünki, geosiyasi sifariş icra edir. İŞİD-in İslam dini ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Deyim niyə? İsrail radikal islamçı qrupların baş düşməni (sözdə) sayılır. İŞİD-in İraqa müdaxiləsi kimə xeyir elədi? İraq kürdlərinə. Onlar fürsətdən istifadə edərək torpaqlarını qorumaq adı altında "Kürdüstan" yaradacaqlarını elan etdilər və çoxları buna etiraz etmədi. "Kürdüstanı" ilk tanıyan dövlət hansı olacaq? İsrail. İndi İŞİD kimə xidmət edir - Xilafətə, Səudiyyə Ərəbistanına, Qətərə, yoxsa İsrailə?"

Qeyd edək ki, bəzi iddialara görə, İŞİD-ə silahları İsrail ötürür. İstifadə etdikləri silahların əksəriyyəti İsraildə istehsal olunur.

Teleqraf.com

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR