Digər
Ukrayna ordusu rusiyalı jurnalistləri tutub
Rusiya XİN 23 iyul tarixində gecə saatlarında itkin düşən
“Russia Today” telekanalının jurnalisti, Böyük Britaniya vətəndaşı
Qrem Fillips və “Anna-News” agentliyinin operatoru Vadim Aksenovun
Ukrayna ordusunda əsir olmaları barədə xəbər yayıb. ANS PRESS-in
məlumatına görə, nazirliyin rəsmi saytında yer alan müarciətdə
ukrayna güc strukturlarının hərəkətini təxribatyönlü
adlandırılıb.
Eləcə də XİN bildirib ki, “Bu rəsmi Ukraynanın həmin jurnalistlərin
öz borclarını yerinə yetirərkən Ukraynada baş verənlər barədə daha
düzgün xəbər vermələrinə reaksiyasını əks etdirir”.
“Biz “RT” və “Anna-News” müxvirlərinin təcili olaraq azad
edilməsini tələb edirik”- deyə nazirliyin yaydığı məlumatda qeyd
edilir.
Çərşənbə axşamı “Russia Today” kanalının müxbiri Qrem Fillips və
“Anna-News” agentliyinin operatoru könüllü olaraq qızğın döyüşlərin
getdiyi Donetsk aeraportuna ezam olunmağı tələb ediblər. Kanal
rəhbərliyi onları bundan çəkindirməyə çalışsalar da uğursuz alınıb.
Sonuncu dəfə çərşənbə axşamı gecə saat 3-də Fillips "All is fine"
(hər şey yaxşıdır -ing.)SMS-I göndərərək əlaqəyə çıxıb. Lakin daha
sonra onunla əlaqə kəsilib.
Ukrayna müdafiəsi üzrə milli təhlükəsizlik birliyinin informasiya
sözcüsü Andrey Lısenko çərşənbə axşamı ölkəsinin Fillipsin harada
olduğu barədə məlumata sahib olmadığını bildirib.
Bu arada qondarma Donetsk Xalq respublikasının müdafiə naziri də
jurnalistlərə həmin bölgədə işləməyi qadağan edən əmr verib. Buna
baxmayaraq DXR-in təhlükəsizlik birliyinin üzvü Sergey Kavtaradze
bildirib ki, media nümayəndələrin Ukrayna tərəfi ələ keçirə bilər.
Belə ki, onlar Ukrayna ordusuna daha yaxın bölgədə çəkilişlər
aparırdı.
Qeyd edək ki, bundan əvvəl də 20 may tarixində Fillips Ukrayna
tərəfindən “antiterror əməliyyatları keçirilən bölgədə hərəkət edən
hərbi obyektlərin razılaşdırılmamış çəkilişi” adı ilə saxlanılıb.
22 may tarixində Kiyevə göndərilən Fillips dindirildikdən sonra
azadlığa buraxılaraq çəkiliş fəaliyyətinə icazə almışdı.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ