Digər
Azərbaycan və İspaniya arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-averilən məlumata görə, görüş əsnasında Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı, idman, təhsil, ispan dilinin tədrisi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Azərbaycanın İspaniya ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və parlamentlərarası əlaqələrin vacib rola malik olduğunu diqqətə çatdırıb.
İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və öz doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri haqqında məlumatlı olduqlarını qeyd edərək, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinin məyusluq doğurduğunu vurğulayıb. O, Azərbaycanın mövqeyinin haqq və ədalətə əsaslandığını diqqətə çatdırıb.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycanın mövqeyi barədə İspaniya nümayəndə heyətini ətraflı şəkildə məlumatlandıraraq, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə, BMT TŞ-nin dörd qətnaməsini yerinə yetirmədiyini bildirib.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi