Vergi öhdəliyini yerinə yetirməyən şirkətlərin arasında neft şirkətləri də var
Bizi izləyin

Digər

Vergi öhdəliyini yerinə yetirməyən şirkətlərin arasında neft şirkətləri də var

Məlum olduğu kimi, Vergilər Nazirliyi vergidən yayınan şirkət və fiziki şəxslərin “qara siyahısını” açıqlayıb. Noyabrın 26-sı üçün bura 197 subyekt düşüb. Diqqəti çəkən isə vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicilərinin siyahısına hasilat və servislə məşğul olan 4 xarici neft-qaz şirkətinin daxil edilməsidir.

Publika.az xəbər verir ki, həmin şirkətlər "HESS (ACG) Limited", "Karasu Development Company", “Rotery Engineering Limited” və “Petroleum Services Group SA” şirkətlərinin filiallarıdır. Düzdür, bu şirkətlərin borc məbləği açıqlanmır.

Lakin Vergilər Nazirliyindən deyilir ki, bir sıra şirkətlər maliyyə imkanı olsa da, vergini vaxtında ödəmir. Ona görə bu ilin sentyabrından belə subyektlərin siyahısı hazırlanır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm