ARDNŞ Novorossiysk limanından neft ixracını artırdı
Bizi izləyin

Digər

ARDNŞ Novorossiysk limanından neft ixracını artırdı

ARDNŞ 2014-cü ilin noyabr ayında Novorossiysk limanından 84 min 802 ton, Supsa limanından 169 min 385 ton, Ceyhan limanından 1 milyon 12 min 477 ton xam neft ixrac edib.

Publika.az xəbər verir ki, oktyabr ayında Novorossiysk limanından 84 min 769 ton, Supsa limanından 250 min 220 ton, Ceyhan limanından 1 milyon 641 min 69 ton xam neft ixrac olunub.Ötən ilin müvafiq dövrü ilə müqayisədə Novorossiysk limanından ixrac 41,1 faiz azalıb.

Ümümilikdə, yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 932 min 155 ton, Supsa limanından 2 milyon 702 min 891 ton, Ceyhan limanından isə 18 milyon 288 min 948 ton xam neft ixrac edilib.

ARDNŞ tərəfindən ixrac olunam xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm