Vergi ödəməyən məşhur şirkətlər - SİYAHI
Bizi izləyin

Digər

Vergi ödəməyən məşhur şirkətlər - SİYAHI

Vergilər Nazirliyinin rəsmi saytındakı vergi borcunu ödəməyən vergi ödəyicilərinin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, 219 vergi ödəyicisinin yer aldığı siyahıda bəzi müəssisələrin adları diqqət çəkib. Hansı ki bu sıraya “Skoda” avtomobillərinin Azərbaycandakı rəsmi distribyutoru olan "KRES GMBH AUTOHAUS" MMC, "BAKELEKTROMAŞIN" ASC (stehsal zavodu), "BUDAD FOOD COMPANY" MMC (İstehsalat obyekti), "3 MS LTD ŞİRKƏTİ "MMC (zeytun istehsal zavodu) və "A.TƏBRİZ" İSTEHSALAT KOMMERSİYA FİRMASI (Start idman kompleksi və icarə obyekti) daxildir.

Bundan başqa, büdcəyə vergi ödəməyənlərin arasında "AZƏRKARTON" MMC(karton istehsalı fabriki), "ANDROMED 1" MMC (andromed tibb mərkəzi) və AZƏR PAK MMC (sabun və yuyucu tozların istehsalı) müəssisələri var.

Nəzərə çatdıraq ki, bu adıçəkilən şirkətlərin vergi borclarının məbləği hələlik açıqlanmır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm