Sənaye sahəsində məhsul istehsalı azalıb
Bizi izləyin

Digər

Sənaye sahəsində məhsul istehsalı azalıb

Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,5 faiz azalaraq 29,8 milyard manata çatıb.

Publika.az xəbər verir ki, onun 70,4 faizi və ya 21,0 milyard manatı mədənçıxarma bölməsində, 23,4 faizi, yaxud 7 milyard manatı emal bölməsində, 5,5 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,7 faizi və ya 211,3 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 38,4 milyon ton xam neft, 17,0 milyard kub metr əmtəəlik qaz hasil edilib.

Emal bölməsində qida məhsulları istehsalı 0,9 faiz, içki istehsalı 9,1 faiz, geyim istehsalı 65,0 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 6,7 faiz, kimya sənayesi məhsulları istehsalı 28,3 faiz, tikinti materialları istehsalı 19,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, elektrik avadanlıqları istehsalı 21,8 faiz, avtomobil və qoşquların istehsalı 48,7 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 90,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 47,4 faiz artıb.

İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 19,8 milyard kVt.saat elektrik enerjisi (7,2 faiz çox) istehsal olunub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6,6 faiz artmış, neft sektorunda isə 3,0 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm