Azərbaycan 1000 kubmetr qazı orta hesabla 167,91 dollardan ixrac edib
Bizi izləyin

Digər

Azərbaycan 1000 kubmetr qazı orta hesabla 167,91 dollardan ixrac edib

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan 7 milyard 724 milyon 533 min kub metr qaz ixrac edib.

Publika.az bildirir ki, bu da keçən ilin analoji dövründən 20% çoxdur. Hesabat dövründə deklarasiya edilmiş qaz ixracı 257 milyon 63,68 min dollar dəyərində 1 milyard 530 milyon 877,86 min kubmetr təşkil edib.

Belə çıxır ki, Azərbaycan 11 ayın nəticələrinə görə, 1000 kub metr qazı orta hesabla 167,91 dollardan ixrac edib. Onu da qeyd edək ki, hesabat dövründə sənayenin mədənçıxarma bölməsində 38,4 milyon ton neft, 17 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm