• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bankların bağlanmasına 9 gün qaldı

  • Digər
  • 22 Dekabr 2014 14:41
  • 1 006 Baxış
Bankların bağlanmasına 9 gün qaldı

Mərkəzi Bankın məlumatına görə, ölkədə cəmi 1 bankın məcmu kapitalı 5-10 milyon manat arasında təşkil edir.

Publika.az MB-ya istinadən xəbər verir ki, 42 bankın məcmu kapitalı 10 milyon manatdan yuxarıdır. Bankdan o da bildirilir ki, cari ilin 10 ayında 38 bank mənfəətlə işləyib. Bank sisteminin cəmi mənfəəti (mənfəətlə işləyən banklar üzrə) 393,63 milyon manat olub. İlin əvvəlində 5 bank, ilin 10-cu ayında isə 6 bank zərərlə işləyib. Bank sisteminin cəmi zərəri (zərərlə işləyən banklar üzrə) -32,26 milyon manat olub. Banklar tərəfindən əldə edilmiş yekun mənfəət 361,37 milyon manat təşkil edib. Bununla bərabər, ilin 3-cü rübündə ləğvedilmə ərəfəsində olan bankların sayı 5 ədəd təşkil edib.

Bu arada məcmu kapitalla bağlı tələbə cavab verməyən bankların arasında “Günay Bank” Səhmdar Kommersiya Bankı, "Azərbaycan Kredit Bank"ı, “ATRABANK” ASC, "Bank Avrasiya”, “Parabank”, "Zamin Bank",”Azəritürkbank” ın adı çəkilir. Onu da qeyd edək ki, sonuncunun məcmu kapitalını artırması üçün maliyyə yardımları edildi. Eyni zamanda, bankın rəhbər strukturu dəyişdirildi.

Bununla belə, Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbə cavab verməyən bütün bankları xilas edəcəyi real görsənmir. İlin əvvəlində neçə bankın bazarı tərk edəcəyinə də yalnız MB qərar verəcək.

Xatırladaq ki, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırılmayan bank bazarı ya tərk edəcək, ya digər banka birləşdiriləcək, ya da bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevriləcəklər. Qaydalara əsasən, bankların yenidən təşkil olunması xüsusi ardıcıllıqla həyata keçirilməlidir. Bunun üçün ilk növbədə Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədilə ilkin və yazılı müraciət edilməli, yenidən təşkil üçün səhmdarların ümumi iclası çağırılmalı və qərar qəbul edilməli, kreditorlar bu barədə məlumatlandırılmalı, yeni bank və yaxud BOKT dövlət qeydiyyatından keçirilməli və yeni xüsusi razılıq (lisenziya) alınmalıdır. Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR