İsveçrə mediasında Azərbaycan barədə məqalə dərc olunub
Bizi izləyin

Digər

İsveçrə mediasında Azərbaycan barədə məqalə dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” sərhlövhəli məqalə İsveçrənin rusdilli “Наша Газета” xəbər saytında işıq üzü görüb (http://www.nashagazeta.ch/news/politica/18755) .

Məqalədə Mərkəzin beynəlxalq əlaqələr üzrə direktor müavini cənab Daniel Varner və layihə koordinatoru xanım Lidia Amberqin 14-17 dekabr 2014-cü il tarixlərində Bakıya etdikləri səfər və keçirdikləri görüşlər haqqında təəsüratları əksini tapıb.

Məqalədə Şura haqqında ümumi məlumat verilib və qurumun Azərbaycanda QHT sektorunun inkişafında mühüm rol oynadığı qeyd olunub. Təşkilat nümayəndələri öncə Cənubi Qafqazda ən qabaqcıl təhsil ocaqlarından olan ADA Universtetini ziyarət edərək, tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra Şura əməkdaşlarının yardımı ilə cənab Varner və xanım Amberq Bakıda yerləşən müxtəlif dini qurumları ziyarət edib. Katolik kilsənin keşişi Vladimir Fekita 2002-ci ildə mərhum Roma papası II-ci İoann Pavelin Azərbaycan baş tutan səfəri haqqında məlumat verib. V.Fekitanın sözlərinə görə, bu səfərdən sonra ümummilli lider Heydər Əliyev Katolik kilsənin tikintisi üçün yerin ayrılması barədə sərəncam verib. Vladimir Fekita qeyd edib ki, o, katolik kilsənin keşişi olaraq hər cür qayğı ilə əhatə olunub və müsəlman, yəhudi icmalarındakı həmkarları ilə daima görüşür və gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparır.

Cənab Varner və xanım Amberq məqalədə 2003-cü ildən fəaliyyət göstərən aşkinaz yəhudilərin sinaqoqunda onların Bakı icmasının rəhbəri Qennadi Zelmanoviçlə keçirdikləri görüş haqqında da fikirlərini bildiriblər. Qennadi Zelmanoviç ölkəmizdə tolerantlıq və dinlər arası münasibətlərin yüksək səviyyədə olmasını xüsusi qeyd edib. Məqalədə ölkəmizdə ümumilikdə 30 minə yaxın yəhudinin yaşadığı haqda məlumat verilir və hər iki qonağın səfər zamanı 2011-ci ildən fəaliyyət göstərən dağ yəhudilərinin sinaqoqunda da olduğu qeyd olunub.

Cənab Daniel Varner və xanım Lidia Amberq Təzəpir məscidinin axundu Hacı Fayiz Nağızadə ilə də görüş haqda təəsüratlarını bildirərək ondan ölkə müsəlmanlarına dair statistik məlumatlar aldıqlarını qeyd edib. Azərbaycanda Bakı İslam Universitetinin fəaliyyət göstərdiyini bildirən Hacı Fayiz ölkəmizdə dinin dövlətdən ayrı olduğunu, müsəlmanlar və digər konfessiyaların nümayəndələri arasında yaxın münasibətlərin mövcudluğunu vurğulayıb.

Daniel Varnerin səfər zamanı bir daha Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib və məqaləni “Lakin bundan da vacib odur ki, dünyada baş verənlərə baxmayaraq, ölkədə multikulturalizm və dünyəvilik kimi dəyərlərə böyük önəm verilir” fikri ilə bitirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm