Nadir xəstəlik ucbatından qadının çəkisi iki dəfə artdı – FOTOLAR
Bizi izləyin

Digər

Nadir xəstəlik ucbatından qadının çəkisi iki dəfə artdı – FOTOLAR

Böyük Britaniyada yaşayan 34 yaşlı qadın nadir bir xəstəliyə yoluxub. Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Laura Pellin çəkisi 6 ay bundan qabaq 57 kiloqram olub. Lakin bəlli olmayan xəstəlik ucbatından qadının çəkisi iki dəfə artaraq 108 kiloqrama yaxınlaşıb. Ən pisi isə odur ki, getdikcə kökələn qadın artıq yerimək qabiliyyətini də itirmək üzrədir. Həkimləri də çaş-baş salan xəstəlik ucundann qadının bədəninə su yığılır və nəticədə onun çəkisi artır.

Makiyaj ustası kimi çalışan qadın xəstəliyə görə işindən məhrum olub. O, bütün qarderobunu dəyişmək məcburiyyəti ilə dəyişməli olub. İş ondadır ki, onun xəstəliyinə çarə tapılmasa, Laura tezliklə yerimə qabiliyyətindən də məhrum olacaq. O deyib: “Altı aydır ki, mən cəhənnəm həyatı yaşayıram. Yerimək uğrunda mübarizə aparıram. Adətən kök insanlar bədənində əzələlər boşalır. Lakin mənim dərim tamamilə tarım və bərkdir. Kənardakılar mənim həddindən artıq çox yediyimi düşünürlər. Əslində, bu xəstəliyə tutulandan sonra əvvəlkindən də az yeyirəm. Mən sanki su yastığıyam. Bədənim su ilə doludur”.

Qəribə xəstəlik nəticəsində Lauranın bədəninə su yığılır ki, bu da onda yüksək qan təzyiqi və nizamsız ürək döyüntüləri yaradır. O, müalicə alsa da, bunun heç bir faydası olmayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm