Listinq qaydaları dəyişib
Bizi izləyin

Digər

Listinq qaydaları dəyişib

“Bakı Fond Birjası” QSC (BFB) tərəfindən yenilənmiş “Bakı Fond Birjasında qiymətli kağızların listinqi, delistinqi və ticarətə buraxılması qaydaları” qəbul edilib. Eyni zamanda, mövcud listinq tarifləri sadələşdirilib və optimallaşdırılıb.

BFB-dən Publika.az-a verilən məlumata görə, sözügedən qaydalar bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübələrə və yerli bazarın xüsusiyyətlərinə əsaslanaraq, qiymətli kağızlar bazarına dair mövcud və tətbiq ediləcək yeni qanunvericilik aktları çərçivəsində Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin ekspertləri tərəfindən yerli mütəxəssislərlə bərabər hazırlanıb. Qaydalar qiymətli kağızların listinqi üzrə yeni konseptual yanaşmanı və mütərəqqi normaları müəyyən edir.

Yeni qaydaların tətbiqi “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində atılmış kompleks tədbirlərin tərkib hissəsi olmaqla, BFB-nin əməliyyat qaydalarının təkmilləşdirilməsi, qaydalar kitabının formalaşdırılması, eləcə də BFB-də listinqin təşviqinə xidmət edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm