Mənzillərin dollarla satışında ucuzlaşma baş verib
Bizi izləyin

Digər

Mənzillərin dollarla satışında ucuzlaşma baş verib

Neft bazarında qiymətlər düşdükcə, qonşu ölkələrin daşınmaz əmlak bazarlarında ucuzlaşma baş verir. İstər mənzil satışı, isərsə də kirayəsində qiymətlərin xeyli düşməsi müşahidə olunur. Azərbaycana gəlincə, devalvasiya mənzil bazarının əlçatanlığını daha da minimuma endirib.

“Value and Sources” konsaltinq şirkətinin mütəxəssisi Rəşad Əliyev Publika.az-a açıqlamasında bildirib ki, kirayə qiymətləri dedikdə 2 növ qiyməti nəzərdə tutmaq lazımdır:

“Birinci, mövcud kirayələr üzrə qiymətlərdir. Yəni onlar artıq əvvəllər qeydə alınıb. Məsələn, əvvəllər kirayə götürülmüş mənzillər. Onların qiymətləri üzrə artım yoxdur. Həmin qiymətlər qarşılıqlı müqavilə və ya razılaşma ilə fiksasiya edilib.

İkinci qrupa yeni təklif edilən mənzillər daxildir. Burada qiymət artımları istisna deyil”.

R.Əliyev qonşu ölkələrdə devalvasiyadan sonra evlərin qiymətlərinin ucuzlaşmasına da münasibət bildirdi: ”Rusiyada evlərin qiyməti həqiqətən də düşüb. Ancaq dollarla ifadədə. Rublla qiymətlər nisbətən sabit qalıb. Azərbaycanda devalvasiyaya kimi qiymətlər həm dollarla, həm də manantla ifadədə ucuzlaşırdı. Devalvasiya nəticəsində ancaq dollarla satışa çıxarılan əmlakın qiyməti endi. Manatla alqı-satqı çox çüzi bahalaşdı (söhbət orta qiymətdən gedir - red). Yəni bizdə qiymətlərin manatla düşməməsinin səbəbi milli valyutanın özünün dəyərinin düşməsi olub”.

O ki qaldı gələcək aylarda mənzil bazarında ucuzlaşmanın gözlənilib-gözlənilmədiyinə, R.Əliyevin proqnozuna görə, manatla qiymətlərin düşmə ehtimalı çox aşağıdır: “Ehtimal az da olsa, bu, yayda ola bilər. Payızdan sonra isə ucuzlaşma mümkün deyil”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm