• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Əmanətlər üzrə faiz limiti ləğv edilsin - AÇIQLAMA

  • Digər
  • 27 Aprel 2015 16:37
  • 628 Baxış
Əmanətlər üzrə  faiz limiti ləğv edilsin - AÇIQLAMA

“Uzun müddət manatın sabit qalması, bank sektorunun müflisləşmə hallarının olmaması və ən nəhayət, əmanətlərin dövlət tərəfindən sığortalanması əhalinin vəsaitlərini banklara etibar etməsinə gətirib çıxardı”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib. O deyib ki, hətta bir neçə bankın bazarı tərk etməsi də əmanət bazarında gərginlik yaratmadı: “Əsas səbəb əmanətlərin sığortalanması idi. Ölkədə əmanət cəlb edən bütün banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və valyuta növündən asılı olmayaraq 12%-ə qədər illik faiz dərəcəsi ilə yatırılan bütün əmanətlər sığortalanır, yəni dövlət tərəfindən zəmanət verilir. Dünyanın 100-dan çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır. Mərkəzi Bank əmanətlərin sığortalanması mexanizminin səmərəliyini artırmaq barədə addımlar atmalıdır”.

Ekspertin sözlərinə görə, sığortalanan əmanətlər üzrə kompensasiya məbləğinin 30 min manatdan 50 min manata qaldırılmalıdır: “Bu addım daha çox əmanətin sığorta sisteminə düşməsinə imkan verər. 2014-cü ilin məlumatların istinad etsək, görərik ki, əmanətlərin təxminən 30%-i kompensasiya olunur. İkincisi, əmanətin sığorta haqlarının əmanətin faiz dərəcəsinə uyğun artırılmasıdır. Sığortanın tətbiq edildiyi faiz limitinin (12%) aradan qaldırılması düzgün olardı. Onsuz da banklar, xüsusən də kiçik banklar yüksək faiz təklif edir və əhali bu təklifdən yararlanır. Əmanətin sığorta haqlarının əmanətin faiz dərəcəsi arasında asılılıq yaradılmalıdır. Bank nə qədər yüksək faizlə əmanət cəlb etsə, fonda bir o qədər də yüksək sığota haqqı ödəyər. Bu, bankları daha məsuliyyətli olmağa sövq edə bilər”.

S.Əliyev deyir ki, əgər Fond faiz limitini aradan qaldırmaq istəmirsə, bu halda limit valyuta növündən asılı olaraq differensiallaşdıra bilər: “Əhalinin dollar əmanətinə axının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollar əmanətləri üzrə sığortalanma faizini 12%-dən 6%-ə endirilməsi məqsədəuyğun olardı. Bu addım əhalini manatla əmanət qoymasına stimullaşdıra bilər. Əmanətlərin sığortalanmasını yoxlayan elektron baza yaradılmalıdır. Müşahidələr göstərir ki, bəzi banklarda uçot sistemi hələ ki mükəmməllikdən uzaqdır. Bu isə əmanətçilərdə vəsaitlərinin sığortalanmasına şübhə yaradır. Əmanətlərin Sığortalanması Fondunda sığortalanan əmanətlərin elektron bazasını yaratmaqla əmanətçiyə öz vəsaitinin sığortalanmasını yoxlamaq imkanı vermiş olar. Əmanətçi Fondun saytına daxil olmaqla bankla bağladığı əmanət müqaviləsinin nömrəsini, adını və soyadını daxil etməklə əmanətinin sığortalanmasını yoxlaya bilər. Bank sirrinin yayılmaması üçün ancaq bir cavab - “Sizin əmanət qorunur” və ya “Sizin əmanət qorunmur” kimi cavabın yazılması məsləhət olardı. Bununla da müştəri bankın mümkün məsuliyyətsizliyinin qurbanı olmaz”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR