Büdcənin gəlirləri və xərcləri açıqlandı
Bizi izləyin

Digər

Büdcənin gəlirləri və xərcləri açıqlandı

Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 3,9 milyard manat, xərcləri 4,2 milyard manat olub.

Publika.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcənin icrasında yaranan 251,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,2 faizini təşkil edib. Daxilolmaların 17,9 faizi əlavə dəyər vergisi, 12,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,2 faizi fiziki şəxslərın gəlir vergisi, 3,9 faizi aksizlər, 3,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,6 faizi digər vergilər, 52,3 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 2,1 milyard manatı (50,2 faizi) iqtisadiyyatın inkişafına, 522,1 milyon manatı (12,5 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 269,1 milyon manatı (6,4 faizi) təhsilin, 118,5 milyon manatı (2,8 faizi) isə səhiyyənin maliyyələşdirilməsinə xərclənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm