Bələdiyyələrə 5,2 mln. manat dotasiya sərf olunub
Bizi izləyin

Digər

Bələdiyyələrə 5,2 mln. manat dotasiya sərf olunub

“2014-cü il dövlət büdcəsinin xərcləri 20063,0 mln. manat proqnoza qarşı 18709,0 mln. manat və yaxud 93,3 faiz icra edilib”.

Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi 2014-cü ilin dövlət büdcəsinin icrası haqqında məlumatında deyilir. Bildirilir ki, dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,7 faiz təşkil edib. Strukturuna görə 2014-cü il dövlət büdcəsi xərclərinin 9897,6 mln. manatı və yaxud 52,9 faizi cari xərclərə (2013-cü illə müqayisədə 704,3 mln. manat və yaxud 7,7 faiz çox), 8432,5 mln. manatı və yaxud 45,1 faizi əsaslı xərclərə, 378,9 mln. manatı və yaxud ümumi xərclərin 2,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

206,2 mln. manat olub ki, bu da 2013-cü ilə nisbətən 33,1 mln. manat və yaxud 19,1 faiz çoxdur.

2014-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən yerli (bələdiyyə) büdcələrə 5,2 mln. manat dotasiya sərf olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm