“McDonald’s Azərbaycan” Uşaq Günü ilə bağlı xeyriyyə tədbiri keçirib – FOTOLAR/VİDEO
Bizi izləyin

Digər

“McDonald’s Azərbaycan” Uşaq Günü ilə bağlı xeyriyyə tədbiri keçirib – FOTOLAR/VİDEO

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “McDonald’s Azərbaycan” şirkəti xeyriyyə tədbiri keçirib.

Xeyriyyə tədbiri bu il Uşaqların Sağlam Gələcəyi ictimai birliyinin uşaqlara dəstək layihəsi şəklində keçirilib.

Uşaqlara dəstək üçün bu dəfə İlk Avropa Oyunlarının xoşməramlı səfirləri Tahir İmanov, Cabir İmanov və Murad Dadaşov, karate üzrə dünya çempionu, yığma komandamızın baş məşqçisi Rəhman Hətəmov və Olimpiya çempionu Elnur Məmmədli iştirak edib.

“McDonald’s” restoranlarının müştəriləri tərəfindən yığılmış 10 940 AZN dəyərində ianələrə əlil arabaları, uşaqlar üçün inkişaf etdirici kostyumlar, xüsusi oturacaqlar və elektron əşyalar alınaraq Uşaqların Sağlam Gələcəyi ictimai birliyinə hədiyyə edilib.

“Uşaqlar bizim gələcəyimizdir. Onları sağlam boyüdüb, cəmiyyətin fəal üzvü etmək bizim borcumuzdur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar, daha geniş qayğıya və dəstəyə ehtiyacları vardır. Bu xeyriyyə tədbirin təşkil edən “McDonald’s Azərbaycan” şirkətinə, İlk Avropa Oyunlarının xoşməramlı səfirlərinə, idmançılarımıza Uşaqların Sağlam Gələcəyi ictimai birliyi tərəfindən, bütün uşaqlar və öz adımdan minnətdarlığımı bildirirəm” – Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin direktoru Arzu Rüstəmova qeyd edib.

“McDonald’s” şirkətinin fəlsəfəsi çərçivəsində dünya üzrə ən ilkin məqsədlərindən biri kimi uşaqlara dəstək amilini vurğulamaq olar. “Kiçik uşaqların böyük problemləri olmamalıdır!”- “McDonald’s”-ın şüarıdır.

Artlq bir neçə il ərzində daima uşaqlara dəstək olan “McDonald’s Azərbaycan” şirkəti öz növbəsində, bu xeyriyyə tədbirinə köməklik göstərən bütün müştərilərinə, eləcə də İlk Avropa Oyunlarının xoşməramlı səfirləri Tahir İmanov, Cabir İmanov və Murad Dadaşova, karate üzrə dünya çempionu, yığma komandamızın baş məşqçisi Rəhman Hətəmova və Olimpiya çempionu Elnur Məmmədliyə öz dərin minnətdarlığını bildirir.

Ehtiyacı olan uşaqların dəstəyinə həsr olunmuş video çarxın çəkilişlərində həmin ictimai birliyinin kollektivi də iştirak edib. Bu video çarxı diqqətinizə təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm