• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropa Oyunlarının cari və strateji gəliri açıqlandı

  • Digər
  • 2 İyun 2015 20:32
  • 419 Baxış
Avropa Oyunlarının cari və strateji gəliri açıqlandı

“Avropa Oyunlarının iqtisadi əhəmiyyətini hesablayan zaman həm cari, həm də starteji gəlirləri bir-birindən fərqləndirmək vacibdi”.

Bunu Publika.az-a şərhində iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O qeyd edib ki, gəlirlər sadəcə qısa müddətli dövrü əhatə etməyəcək. Ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək. Əvəlla, bu oyunların keçirilməsindən həm cari, həm də srtateji baxımdan turizm sektoru və sahədə fəaliyyət göstərən sahibkarlar faydalana biləcəklər: “Avropa oyunları keçirilən zaman ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq”.

V.Bayramov strateji gəlirlərindən də danışıb. Bildirib ki, inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək:” Azərbaycan İslam, Avropa Çempionatının yarımfinalını və digər beynəlxalq oyunları keçirməklə bağlı artıq razılıq əldə edib. Bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq. Praktik olaraq, ölkəmiz növbəti beynəlxalq yarışların təşkil edilməsi üçün bütün bazanı formalaşdırıb. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR