Bu gün OPEC bazarlara siqnal verəcək
Bizi izləyin

Digər

Bu gün OPEC bazarlara siqnal verəcək

Bu gün OPEC-in (Neft İxrac edən Ölkələr Təşkilatı) Vyanada növbəti yığıncağı keçiriləcək. Bu dəfə OPEC üzvləri ilə təşkilata üzvü olmayan neft ölkələri arasında da istehsalın həcmi ilə bağlı müzakirələr gözlənilir.

Publika.az xəbər verir ki, toplantıda istehsalın azaldılıb-azaldılmaması haqqında qərar verilə bilər. Səudiyyə Ərəbistanı və Körfəz ölkələri neft bazarında müsbətə doğru dəyişiklik baş verdiyinə, eləcə də qiymətlərin məqbul səviyyəyə çəkildiyinə inanırlar. OPEC üzvü olmayan neft çıxaran ölkələr isə bazara müdaxilə şanslarının olduğunu düşünürlər.

Qeyd edək ki, hazırda xam neftin bareli 62 dollar təşkil edir. Bu, OPEC-in ötən il noyabrdakı toplantısından əvvəlki qiymətdən çox aşağıdır. OPEC üzvlərinin son qərarına görə, gündəlik 30 milyon barel istehsal olmalıdır.

Bununla belə analitiklər düşünür ki, iyunda bazarlara iki böyük hadisə təsir edə bilər: Amerika Mərkəz Bankının faiz göstəricisi ilə bağlı gözlənilən məlum toplantısı və İran ilə 5+1 ölkələri arasında iqtisadi sanksiyaların qaldırılması yönündə razılaşmanın əldə olunması.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm