Kənd təsərrüfatı məhsulları ucuzlaşıb
Bizi izləyin

Digər

Kənd təsərrüfatı məhsulları ucuzlaşıb

May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 5,4 və 0,7 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşıb.

Birillik bitkilərdən lobya dəninin, baş kələmin, xiyarın, pomidorun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşıb. Buğdanın, arpa dəninin istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən limonun, şabalıdın, fındığın istehsalçı qiyməti artıb. Gül və tərəvəz şitilinin istehsalçı qiyməti isə düşüb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, südün, yumurtanın, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb. Mal, qoyun və donuz ətinin (diri çəkidə), diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə bahalaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm