Azercell: rouminq daha əlçatandır
Bizi izləyin

Digər

Azercell: rouminq daha əlçatandır

Çox güman ki, hər bir xarici səfər öncəsi rouminq xidmətini aktiv edib-etməmək və yaxud getdiyiniz ölkədəki yerli mobil operatorlardan birinin sim-kartını alıb-almamaq sualını özünüzə dəfərlərlə vermisiniz. Daha qənaətçil yol hansıdır və ümumiyyətlə beynəlxalq telefon zəngləri etdikdə qənaət haqqında söhbət gedə bilərmi?

Bu günə kimi bu sualların cavablarını dostlarımız, ölkəmizdəki operatorun nümayəndələri vasitəsilə və yaxud öz təcrübəmizə əsasən tapmağa çalışırdıq. Xaricdə məzuniyyətdə olduğunuz zaman danışıqların saniyəölçənlə müntəzəm yoxlanılması sizi evə qayıtdıqda balansdan artıq istifadə haqqında və mobil operatora əlavə məbləğin ödənilməsi tələbi ilə məktub almaqdan heç də sığortalamır. Bir çox abunəçilər bu ehtimalı göz önünə gətirib və ondan ehtiyatlanaraq, evdə və işdə hamının bildiyi telefon nömrəsini özləri ilə səfərə götürmək fikrindən belə daşınırlar.

Təəssüf ki, Azərbaycandan kənarda olanda və telefondan istifadə etdiyiniz anda balansı yoxlamaq cəhdi vaxtın boş-boşuna itirilməsidir. Hal-hazırda rouminq xidmətlərin onlayn rejimdə yoxlanılması bir sıra texniki səbəblərdən mümkün deyil. Bu problemi fərqli yolla həll etmək mümkündürmü? Məsələn, hesablama aparıb, rouminqdə olduğunuz zaman yalnız istədiyiniz məbləği istifadə edə bilərsinizmi? Bəli, bu artıq mümkündür! Bu, hətta, mütləq lazımdır, çünki, xarici səfərdə olarkən siz daim əlaqədə olmaq və əlavə xərclər haqqında düşünməmək istəyirsiniz.

Keçən ildən etibarən Azercell-in də daxil olduğu TeliaSonera şirkətlər qrupu biznesin aparılması üzrə yeni etika və davranış məcəlləsi təqdim edib. O, özündə şirkətin gündəlik iş prinsiplərini əks etdirən “Dare, Care and Simplify” kimi dəyərləri ehtiva edir. Birinci dəyər - We dare to (biz çağırışları qəbul etməyə qadirik, cəsarətliyik) kimi səslənir və şirkətin lider olmaqdan, müştəriləri dinləməkdən və öz qarşısında iddialı məqsədlər qoymaqdan qorxmadığını nəzərdə tutur, habelə, şirkət yenilikçi olmaqdan, fikir mübadiləsi aparmaqdan, riskə getməkdən və daim öyrənməkdən, açıq danışmaqdan, öz fikirlərini söyləməkdən və problemlər haqqında söz açmaqdan çəkinmir. We care for (biz qayğı göstəririk) müştərilərin istək və ehtiyaclarına uyğunlaşdırılmış, dəstək, rəğbət və dürüst münasibəti əks etdirən bir qayğıkeş yanaşma mənası daşıyır. Və nəhayət, sonuncu dəyərimiz – We simplify (biz sadələşdiririk) – işlək və sürətli həllərin qəbulu sayəsində tapşırıqların yerinə yetirilməsini nəzərdə tutur; habelə, açıq ünsiyyət əsaslı qrup işi, fəal əməkdaşlıq və biliklər mübadiləsi mənasını daşıyır. İndi isə, TeliaSonera tərəfindən bəyan edilən dəyərlərin Azercell Telekom şirkətinin rominq siyasətilə nə dərəcədə uzlaşmasına diqqət yetirək.

Azərbaycan rabitə bazarının lideri Azercell Telekom MMC yay mövsumu ilə əlaqədar abunəçilərini yeni xidmət və təkliflərlə sevindirir. Artıq rouminqdə olan Azercell abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Fakturasız xətt (SimSim) abunəçilərin öz yaxın və doğmaları ilə daim əlaqədə olması üçün Azercell onlara rouminq çərçivəsində pulsuz 10 SMS hədiyyə edib. Xatırladaq ki, rouminq xidmətini aktiv etmək üçün mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdır.

Azercell, həmçinin, abunəçilərin tez-tez üzləşdiyi böyük hesablar problemini həll etməyə imkan verən yeni sərfəli təklif və məhsulları ilə də öz müştərilərini sevindirib. Mobil operator bazarda ilk dəfə rouminq-paket təqdim edib. Beləliklə, rouminqdə öz xərclərinə nəzarət edə bilməmək kimi abunəçilər arasında yayılmış qorxunu, prinsip etibarilə, aradan qalxmış hesab etmək olar.

- Azercell-in yeni xidmətləri TeliaSonera şirkətlər qrupunda qəbul olunan “Dare, Care and Simplify” dəyərləri ilə sıx bağlıdır. Bundan əlavə, bu həmçinin abunəçilərə yönəlmiş sadə və xoş bir vəddir, abunəçilər üçün mobil dünyaya gedən yolda şirkətin yardımçı olduğunu izah edən çox düzgün bir şüardır. Özünüz də qiymət verin: “Dare” rouminqdə pulsuz 10 SMS göndərməyin nə dərəcədə rahat olmasını sınaqdan keçirmək üçün tərəfimizdən abunəçilərə ünvanlanan dəvət mənasını daşıyır. İstənilən vaxt şirkətin Telefon Mərkəzinə pulsuz zəng etmək imkanının təmin olunması səbəbindən xaricdə olan abunəçinin mobil telefonla əlaqədar heç bir problemi həll edilməmiş qalmayacaq. Bu, “Care” kimi dəyər tərəfindən çox dəqiqliklə əhatə edilir. Bundan əlavə, getdiyiniz ölkədə hansı operatora üstünlük vermək seçimi üzərində çox düşünmək, tariflər arasında mürəkkəb riyazi hesablamalar aparmaq, Almaniyada bu tarifin, Sloveniyada isə digərinin sərfəli olmasını yadda saxlamaq artıq tamamilə lüzumsuzdur. “Simplify” – hər şey çox sadədir! 10 manat müqabilində siz Avropa ölkələrində 15 dəqiqə danışıq imkanı əldə edirsiniz.

Mobil operator rouminqdə olarkən ehtiyatsızlıq və yaxud məlumatsızlıq səbəbindən xərclədiyiniz təsadüfi pullarınızı qazanmaqda maraqlı deyil! Biz istəyirik ki, abunəçilərimiz rouminqdən şüurlu şəkildə faydalansınlar, göstərdiyimiz xidmətin haqqını məmnuniyyətlə ödəsinlər – bu sözləri Azercell Telekom MMC-nin Yeni Texnologiyalar, Layihələrin və Rouminq Xidmətlərin İdarə edilməsi şöbəsinin rəhbəri Cəmaləddin Həsənov deyir.

- Müasir dünyada abunəçini yalnız zəng və SMS xidməti ilə cəlb etmək çox çətindir. Təcrübəli istifadəçi ilk olaraq mobil data üzrə tarifləri yoxlayır. Sirr deyil ki, bir çox böyük hesabların səbəbi də məhz bu xidmət növüdür. Rouminqdə olarkən istifadə olunmuş trafikin hesablanması ən narahatedici amil olmasını nəzərə alaraq, bu problemi hansı yolla həll edirsiniz və sözü gedən problemin qarşını almaq üçün operator tərəfindən hansı addımlar atılır?

- Rouminqdə data trafikin qiymətləri, bəlkə də, ən ağrılı problemdir. Sözsüz ki, rouminqdə zənglər paketi və pulsuz SMS xidmətlərinin təqdim olumasından sonra, müxtəlif data-paketlərin də tətbiqi üzrə ciddi planlarımız var. Biz yaxşı bilirik ki, abunəçilərimiz mobil internetdən daha geniş istifadə etməkdə maraqlıdırlar və biz bu xidmətin səyahətçilər üçün rahat olmasını mütləq təmin edəcəyik. Azercell ailəsinin böyük hissəsini təşkil edən və rouminq xidmətlərindən ən ehtiyatlı istifadə edən fakturasız xətt abunəçilərimiz üçün qiymətlər əlçatan olacaq.

Əsas üstünlük ondan ibarətdir ki, rouminq xidmətləri üçün sabit paket təqdim olunur, və o, bitdiyi müddətdən sonra, əlavə xərclərin qarşını almaq üçün xidmətin təmin olunması dayandırılır. Belə olduğu halda, abunəçi istədiyi halda, rouminqdə əlavə xidmətlər də sifariş edə bilər. Eyni zamanda, müxtəlif ölkələrdə operatorlararası razılaşmalar daha yüksək tariflər nəzərdə tutsa belə, biz paketlərə ən sərfəli qiymətləri daxil edirik. Məhz bu yanaşmaya əsasən biz 10 manata rouminqdə 15 dəqiqə danışıq kampaniyasını təklif edirik. Biz abunəçi üçün ən sərfəli qiyməti təyin edirik. Biz rouminqdəki xidmətləri ciddi şəkildə inkişaf etdirməyi düşünürük və bu ilk addımlarımızdır ki, abunəçilər tərəfindən “rouminq” sözü bahalı və yaxud əlverişsiz bir məfhum kimi qəbul olunmasın.

- Hesab edirsiniz ki, səfər zamanı rominq xidmətindən istifadə yerli operator nömrəsinin alınmasından daha yaxşıdır?

- Əlbəttə! Son 5-6 il ərzində çoxlu dəyişikliklər baş verib, əvvəllər mobil telefona gündə 1-2 zəng gəlirdisə, indi 10-dan çox zəng daxil olur, daim mobil internetdən istifadə, fəal yazışmalar və sair. Bir çox insanlar ezamiyyət və ya məzuniyyət vaxtını da oxşar cədvəllə keçirir. Istənilən halda sizi axtaran olacaq, işlə əlaqədar yeni təkliflər gələcək, dost və ya qohumlar nə isə soruşacaq və yaxud xəbər bölüşəcək. Bu hallarda öz nömrənizlə səyahət etməyiniz bənzərsiz bir üstünlükdür. Rouminq xidmətinin qiyməti də münasib olandan sonra, digər ölkədəki operatorun sim-kartını almaq, səfərdən sonra onu harada istifadə etmək, balansda qalan məbləğlə nə etmək kimi məsələlər artıq gündəmdən düşür. Hal-hazırda isə siz sabit bir paket əldə edirsiniz, və o, bitdikdən sonra heç bir problemin olmayacağı haqqında bilirsiniz.

- Xaricə yola düşən abunəçilərə nə məsləhət görərdiniz? Rouminqdə olarkən hansı qaydalara riayət etmək lazımdır?

- Şəxsi təcrübəmə əsasən mən görürəm ki, əksər insanlar rouminqdən heç də tam anlaşıqlı şəkildə istifadə etmirlər. Tarif, paketlərlə tanış olmur, zənglərin və xaricdə mobil internet istifadəsinin digər xərclərini nəzərə almırlar.

Səfərə çıxmazdan qabaq getdiyiniz ölkədəki mobil rabitə xidmətlərinin tarifləri ilə tanış olmaq lazımdır. Tərəfimizdən daim mövsümlə bağlı müxtəlif kampaniyalar keçirilir. TeliaSonera şirkətlər qrupunun tərkib hissəsi olaraq, bizim abunəçilər daim eksklüziv endirimlərdən faydalanmaq imkanına malikdirlər.

Data-trafikə qoşulub onlayn filmlərə baxmasanız və yaxud smartfonun əməliyyat sisteminin ən son versiyasını yükləmək qərarına gəlməsəniz, o zaman rouminqdə bir neçə yüz manat xərcləmək çox çətindir. Hətta, bu hallarda aydın olur ki, istifadəçi mümkün xərclər haqqında düşünməyib. Bunun çox sadə səbəbləri var. Biz istəyirik ki, abunəçi bu amilləri nəzərə alsın, əvvəlcədən müəyyən xidmətlər üçün sabit bir məbləğ ödəsin və xidmətlərdən iş və ya şəxsi məqsədləri üçün geniş istifadə edə bilsin. Bizim məqsədimiz budur və mən əminəm ki, belə olduğu halda, rouminq hər bir abunəçi üçün əlçatan olacaq!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm