• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Əfsanəvi qadınların gözəllik sirləri - FOTOLAR

  • Qadın
  • 17 Mart 2014 17:55
  • 5 539 Baxış
Əfsanəvi qadınların gözəllik sirləri - FOTOLAR

İdeal gözəllik etalonu illərlə dəyişsə də bu qadınların gözəlliyi dillərdən düşmür. Kelopatra, Elizaveta, Koko Şanel və başqaları... Bəs onlar gözəlliyini necə qoruyurdu? Bu gün Publika.Az-ın əziz və dəyərli sakinlərinə dünyanın ən məşhur əfsanəvi qadınlarının gözəllik sirlərindən bəhs edəcəyəm.

Gəlin başlayaq Merlin Monrodan... Çoxları onun əsl adını – Norma Cin Mortenson olduğunu bilmir. Normanın uşaqlığı çox çətin keçib. Anası psixi problemlərdən dolayı əziyyət çəkirdi, atasını isə tanımadığına görə, uşaqlığını yad ailələrdə keçirməli olub. Merlin elə bir qadındır ki, özü-özünü başdan başa bir qadın kimi yarada bilir. Belə ki, prodüser onu görür və işləmək təklifi edir. Bundan sonra Norma Merlinə çevrilir. O, hələ də Amerikanın gözəllik etalonu hesab olunur. Amma bu gözəllik ona ana təbiət tərəfindən hədiyyə olunmayıb. Merlin geniş burun pərlərini balacalaşdırır, ona daha qəşəng forma verir, çənəsini və dişlərini düzəltdirir, tünd saçlarını saraldır.

Bəs cərrah əllərinin yaratdıqlarını nəzərə almasaq, onun əsl gözəlliyi nədədir? O, öz ləyaqətini, yəni bədən quruluşunu vurğulamağı, qüsurlarını isə örtməyi yaxşı bacarırdı. Merlin burun pərlərinə tünd qəhvəyi ənlik çəkir, burun sümüyünü isə açıq kirşanla bəzəyirdi. Yanaqlarına adətən ya çəhrayı, ya da qəhvəyi ənlik sürtürdü. Göz qapaqlarının altına və çənəsinə parıltı vermək üçün ağ, zərli ənlik vurardı. Gözlərə gəldikdə isə hamının istifadə etdiyi qara qələm deyil, qəhvəyi qələmdən istifadə edirdi. Göz qapaqlarının kənarlarına balaca ox çəkib onu kölgə kimi yayırdı. Merlin pomadanı dodaqlarına fırça vasitəsi ilə çəkirdi. Həm də 5 rəngdən istifadə edirdi ki, dodaqları daha iri və həcmli görünsün. “Qadının 2 əsas gözəlliyi - cəzbedici baxışı və gözəl dodaqları olmalıdır. Baxışı ilə vurulmaq, dodaqları isə sevgisini sübut etmək üçün lazımdır!” Dərisindəki çirki yaxşı təmizləmək üçün hər gün dəfələrlə duş qəbul edərdi. Dərisini vazelin və zeytun yağı ilə silməyi xoşlayırdı, çünki onun dərisi quruluqdan əziyyət çəkirdi.

İndi isə keçək Qreys Kellinin gözəllik sirlərinə - Onun 20-ci əsrin ən gözəl xanımlardan biri olduğunu çox az adam bilir. O dəb ilahəsi və mükəmməl aktrisa idi. 14 yaşı olanda eynək taxır və çox sakit qızcığaz idi. 16 yaşına çatanda çiçək açmağa başlayır. Qerys Kellinin fotolarına baxanda hamar və qüsursuz dərisi olduğunu, makiyajdan minimum dərəcədə istifadə etdiyinin şahidi olursan. Üzünü dərisinə uyğun olan vasitələrlə tonallaşdırırdı, almacıq sümükləri daha parlaq çalarla seçilirdi. Qaşlarına açıq-qəhvəyi qələm çəkir, kirpiklərinə isə tünd tuş çəkirdi. Dodaqlarda al qırmızı pomadaya üstünlük verirdi.

Qadının əsl yaşını əllərindən bilmək olur. O isə yaşını gizlətmək üçün köməkçisinin sözlərinə görə, özü ilə hər zaman əl kremi gəzdirərdi. Boyun və sinə dərisinin də qeydinə qalmağı unutmurdu. Onun əsas gözəllik sirri saray xanımlarına xas olan görkəmi və zərif üslubu idi.

Kleopatra öz dövrünün ən gözəl xanımı olub. Ancaq onun da gözəlliyi Allah vergisi deyildi. Misir çariçası gözəl görünmək və gümrah qalmaq üçün çox zəhmət çəkməli olurdu. Kleopatra özünə xüsusi qulluq edirdi. Badam yağı, alma sirkəsi, dəniz duzu, süd və bal vannası onun əsas gözəllik rituallardan biridir.

Şahzadə Viktoriya – Əfsanəvi Britaniya şahzadəsi də təbii yağlar həvəskarı idi. O, əlcəklərinə hər zaman efir yağı vururdu, bu, əlləri həm yumşaq, həm də ətirli saxlayırdı.

I Elizaveta - Şahzadə Elizabeta VIII-ci Henrixin və Anna Boleynin qızı olmaqdan əlavə, gözəllik ilahəsi idi. Onun hakimiyyəti dövründə insanlar parik taxmağa və dərilərini ağ kirşanla ağappaq etməyə başladırlar. Həmçinin xanımlar belini incə göstərmək üçün korset taxmağa başladılar.

Dahi və əfsanəvi qadın – Koko Şanel gözəllik haqqında o qədər faydalı məsləhətlər verib ki, hər bir xanımın stolüstü kitabı olmalıdır. Məsələn, əfsanəvi dizayner iddia edir ki, özünə qulluq birinci ürəyi kindən və paxıllıqdan təmizləməklə başlamalıdır. Əks halda, heç bir kosmetika kömək etməyəcək. “Təəssüf ki, bütün qadınlar gözəl doğulmur. Əgər o, 30 yaşına kimi gözəl görünməyi bacarmayıbsa – sadəcə olaraq axmaqdır! Heç nə özünü cavan göstərmək cəhdindən qoca göstərə bilməz! 50 yaşdan sonra heç kim gənc deyil. Amma mən 30 yaşında yorğun və solğun görünən, 50 yaşında isə cəlbediciliyini qoruyan qadınlara rast gəlmişəm”. Ümumiyyətlə, Koko Şanel haqqında danışarkən, prinsipial olaraq fransız gözəlliyinə münasibəti nəzərdən qaçırmaq olmaz. Fransızlar üçün cəlbedici görünüş – qüsursuz üz deyil, nadir şəxsiyyətin parlaq çəkiciliyindən ibarətdir. Gözəllik fransızca - nadir, unikal və fərdilik deməkdir. Ona görə də fransızlar ənənəvi detallardan kənar gəzməyə, hər şeydə öz imzasını qoymağa çalışırlar.

Sofi Loren – Sofi Loren hər zaman cəzbedici və seksual qadın olub. Aktrisa gözəlliyini qorumaq üçün vaxtının çoxunu bu işə sərf edir. Səhər gimnastikası, duş, düzgün qidalanmaq Sofiyə formada qalmağa kömək edir. “Qadın xarakter gözəlliyin əsas şərtidir”.

Odri Hepburun – Aktrisa hər zaman təbiiliyin tərəfində olub, kosmetikadan minimum dərəcədə istifadə edib. Aktrisa əmin idi ki, klassik üslubda biçilmiş paltarlar, trendlərdən yaxşı görünür. “Qadın gözəlliyi bahalı paltarlardan, saç düzümündən və makiyajdan ibarət deyil. Əsl qadın gözəlliyi onun qəlbindən və öz sevgisini necə ötürməsindən asıldır!”

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR