Cehizlik camışa görə arvadını yandırdı - Foto
Bizi izləyin

Qadın

Cehizlik camışa görə arvadını yandırdı - Foto

Nepalda vəhşilik baş verib. Belə ki, 7 aylıq hamilə olan 25 yaşlı Rihana Şex Dafali əri tərəfindən yandırılıb.

Səbəb isə Rihananın ailəsinin yeznələrinə cehiz qismində boyun olduqları camışı verməməsi olub.

Qadının əri Fərid Şex hamilə arvadının əl-qolunu bağlayaraq üzərinə nöyüt tökməklə yandırıb . Nəticədə qadın ağır yanıq xəsarətləri alıb, həm də uşağını itirib.

Qadın bildirir ki, çatdırılmamış cehizə görə əri əvvəlcə onun cinsi orqanını siqaretlə yandırıb.

Hindistanda oğlanın ailəsi ilə yaşayan Rihana xəstəxanaya guya özü-özünü yandırması adı ilə çatdırılıb. Xəstəxanaya gələn Rihananın atası həqiqətləri öyrənib və bu haqda polisə məlumat verib.

Tədqiqat başlayan vaxt isə qadının əri və ailəsi qaçıb gizlənib.

Axtarışlar davam etdirilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm