Şəkillərə baxıb xarakterinizi müəyyən edin
Bizi izləyin

Qadın

Şəkillərə baxıb xarakterinizi müəyyən edin

Aşağıdakı rəmslər psixoloqlar tərəfindən düzəldilib. Onlardan sizə ən uyğun olanı seçərək xarakteriniz haqqında məlumat toplaya bilərsiniz.

Hansı şəkil sizə yaxın gəlirsə, onu da seçin:

1. Hər şeyi ürəyinə salan, həssas, tez təsirlənən - Hər şeyi ürəyinizə salıb dərin fikrə gedirsiniz. Özünü gözə soxan adamlardan və bu cür söhbətlərdən nifrət edirsiniz. Boş və mənasız söhbətlərə qulaq asmaqdansa, tək qalmağa üstünlük verirsiniz. Amma dostluq münasibətləriniz çox güclüdür. Onlar sizə ehtiyacınız olduğu mənəvi rahatlığı verə bilir və sakitləşdirir. Buna baxmayaraq, tək qalmaqdan qorxmursunuz.

2. Azad insansınız, adət və ənənələrə qarşı çıxırsınız – Özünüzü inkişaf etdirib heç kimdən asılı olmayan, azad həyat yaşamaq arzusundasınız. Qabiliyyətləriniz çoxdur, bacarıqlı insan olduğunuz üçün işinizdə uğurlar qazanmaq şansınız da böyükdür. Heç kimdən asılı olmağı sevmədiyiniz üçün hər zaman öz bildiyiniz kimi hərəkət edirsiniz. Yəni, axının əksinə hərəkət etməyi sevirsiniz.

3. Dinamik, aktiv, ünsiyyətcil – Ən riskli işlərə baş qoşmaqdan qorxmursunuz. Manoton həyat tərzi sizi tez bezdirir və müdafiəsiz hala gətirir. Bütün hadisələrin mərkəzində olmağı, baş rol oynamağı sevirsiniz. Əslində, hər şeyi özünüz başlayırsınız.

4. İddialı və möhkəm, yola gedən – Adi həyat tərzi, eşq sizə görə deyil. İddialı insan olduğunuz üçün hamı sizə hörmət edir. Siz də bu insanlara güvənməyi bacarırsınız. Bundan əlavə çox istiqanlı və mehriban insansınız. Bütün qəlibləri və şit olan hər şeyi rədd edirsiniz. Dəbin tez ötüşən trendlərinə də aldanmırsınız. əksinə, geyim sizin üçün sadə və rahat olmalıdır.

5. Peşəkar, praqmatik, özünü yaxşı tanıyan – Hər şeydə taleyinizi günahkar çıxarmaq yerinə, yaratmağı sevənlərdənsiniz. Problemlərinizi çox asan və əlverişli üsullarla həll edirsiniz. Həyata açıq gözlə baxırsınız. Hamı sizi məsuliyyətli insan kimi tanıyır. Özünüzə olan inam ətrafdakılara da güc verir. Planlarınızı həyata keçirməyənə qədər rahat ola bilmirsiniz.

6. Ehtiyatlı, gülərüz – Sizinlə yola getmək çox asandır. Özəl həyatınıza və azadlığınıza düşkün olduğunuz üçün dostlarınızı çox yormursunuz. Tənhalıq aşiqi olmasanız da, hərdən həyatın mənasını dərk etmək, yaxud tək qalmaq üçün hər şeydən uzaqlaşırsınız. Buna görə də gözəl məkanların harada olduğunu sizdən yaxşı bilən çətin tapılar. Həyatın bəxş elədikləri ilə qane olursunuz, dünya ilə barışan tiplərdənsiniz.

7. Diqqətsiz, şən – Fərqlənməyi və yenilikləri sevirsiniz. “Dünya 3 günlükdür” məsəli, sizi yaxşı ifadə edir. Belə ki, istədiyiniz hər şeyi etməkdən çəkinmirsiniz və bundan böyük zövq alırsınız. Bundan başqa hər şeylə maraqlanan tiplərdənsiniz. Hər xırda şeyin sizi sevindirdiyinə və dəyişdirdiyinə inanırsınız. Kiməsə bağlanmaqdan nifrət edirsiniz. Əlinizdən gəldiyi qədər insanları sevindirir və sevinməyə çalışırsınız.

8. Romantik, xəyalpərəst, duyğusal – Çox həssas insansınız. Hadisələri olduğu kimi qəbul etmirsiniz, hər şeyi dramatikləşdirirsiniz. Sizin üçün hisslərinizin nə diktə etdiyi daha çox əhəmiyyət kəsb edir. Xəyallar dünyasında uçduğunuz heç kimə sirri deyil. Romantikanı rədd edən və realist insanlarla yola gedə bilmirsiniz. Ümumiyyətlə, hisslərinizə sərhəd qoyan hər şeyi rədd edirsiniz.

9. Etibarlı, özündən razı – Həyatınızı insanların gözündən yayınan hadisələrlə bəzəməyi sevirsiniz. Özünüzdən razı olduğunuz üçün başqalarının sizin hisslərinizdən xəbər tutmasını istəmirsiniz, başqalarını idarə etməyi və qərarlar verməyi sevirsiniz. Sizin üçün lüks və ehtişamlı həyata sahib olmaq çox önəmlidir, eqoistsiniz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm