• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Oskar"- ın ən zövqlü xanımları kimlər oldu? - FOTOLAR

  • Qadın
  • 3 Mart 2014 11:40
  • 2 465 Baxış
"Oskar"- ın ən zövqlü xanımları kimlər oldu? - FOTOLAR

Dünən gecə ABŞ-ın Los-Anceles şəhərində ənənəvi "Oskar" mükafatlarının təqdimat mərasimi baş tutub. Amerika Kino Sənəti Akademiyasının təsis etdiyi, bu il 86-cı olan mərasimdə 24 nominasiyada "Oskar" qaliblərinin adları açıqlanıb. Biz isə gecənin “Oskar” mükafatlandırma mərasiminin ən yaxşı stillərinin təhlilini təqdim edəcəyik:

Keyt Blanşett – "Armani Prive" paltarını modelin nümayiş etdirdiyindən milyon dəfə yaxşı daşıyır. Solğun dərisi, vüqarlı və məğrur duruşu, bal köpüyü saçları, ağ kirşanla vurğulanmış üzü ilə güclü obraz yarada bilib. Aktrisa Keyt Blanşett kinorejissor Vudi Allenin "Yasəmən" filmindəki baş roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" aldı.

Lupita Nionqo - "Ən yaxşı ikinci dərəcəli qadın rolu" nominasiyasında "Köləliyin 12 ili" filmindəki roluna görə qalib olur. Buna görə də, qırmızı xalıda bütün diqqətlər onun üzərində cəmlənmişdi. Mavi rəngli uçuşan uzun donu “Muiccia Prada”-dan idi.

Emi Adams - sadə, amma rəngi ilə diqqət çəkib xoş təsir bağışlayan uzun don üzərində qərar verib. Göründüyü kimi “Gucci Premiere” -ni seçdiyi üçün heç də uduzmayıb. Heç bir mükafat əldə edə bilməsə də, özü elə “Oskar” heykəlciyi kimi görünürdü.

Digər gözəllər isə daha təmtəraqlı köhnə Hollivud ruhunda əzəmətli, ətəyi qatar kimi uzanan kraliça stillərinə müraciət ediblər. Keyt Xadson “Atelier Versace”, Sandra Ballok “Alexander McQueen”, Kamilla Alves “Gabriela Cadena”-dan geyinib. Baxmayaraq, Meti Makkonaxi “Ən yaxşı kişi rolu”na görə qalib olur, Amilla Alvesin möhtəşəmliyi ilə ərini kölgədə qoymuşdu.

Ann Heteueyin stilini dəyərləndirə bilmək üçün ətraflı təhlil etmək lazımdır. Biz əlbəttə ki, “Gucci” dən olan paltarın arxa hissəsini nəzərdə tuturuq. Kürək dekoltəsi aktrisanı çox füsunkar göstərirdi.

Cenifer Lourens – “Christian Dior” moda evinin imzası hesab olunan ənənəvi peplum stilində geyinmişdi. Peplum detalı qırımızı və minimalist libasın çatışmayan cəhətlərini aradan qaldırıb.

Bu oskar mövsümü “Versace” moda evi üçün olduqca uğurlu olur. Belə ki, Keyt Xadson, Cada Pinket Smit kimi bir çox ulduzlar qırmızı xalıda sözü gedən moda evinin geyimlərinə müraciət etmişdi.

Naomi Uots - "Calvin Klein" moda evindən geyinmişdi. Əynində kip oturan ağ uzun libası onun cazibədarlığını daha artırmışdı.

Culiya Roberts gündən-günə gəncləşir və gözəlləşir. "Givenchy" -dən olan qara və krujevalı paltar sanki məhz aktrisanın əyninə biçilmişdi.

Publika.Az “Oskar” gecəsində ən zövqlü geyinən qadınların fotolarını təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR