Yenə Bakı, yenə güclü külək - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Yenə Bakı, yenə güclü külək - PROQNOZ

Sabah Bakıda güclü şimal küləyi əsəcək.


Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi güclənəcək.


Paytaxtda havanın temperaturunun gecə 22-26, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın bölgələrində iyulun 11-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm