FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Publika.az nazirliyin saytına istinadən müraciəti və təhlükəsizlik qaydalarını təqdim edir:

Yayda çimərlikdə xoş zaman keçirmək üçün hər birimiz təhlükəsizlik qaydalarını bilməliyik.

Çimərlikdə qadağandır:

  • nəzərdə tutulmamış ərazilərdə çimmək;
  • çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
  • küləkli havada dənizə girmək;
  • çimərlikdə gecələmək,
  • sərxoş halda çimərlikdə olmaq;
  • suda kobud hərəkətlər etmək;
  • çimərlikdə balıq tutmaq;
  • xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

  • Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
  • Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
  • Çimərliklərdə istirahət saat 9.00-dan 21.00-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


Oxumağa davam et
Reklam
Reklam

Gündəm