Yeni telefonlar depressiyaya səbəb olur
Bizi izləyin

Qırmızı.az

Yeni telefonlar depressiyaya səbəb olur

ABŞ-ın Cənub-Qərb Sağlamlıq İnstitutundan aparılan araşdırmaya görə, yeni nəsil telefonlar depressiyaya səbəb olur.

Publika.az-ın xarici mətbuata istinadən xəbər verir ki, 2 həftə ərzində 28 nəfər üzərində araşdırma aparılıb. Yeni nəsil telefonların qeyd, təqvim, GPS kimi xidmətlərindən əldə edilən məlumata görə, üzərində təcrübə aparılanların 50%-də orta və yüksək dərəcəli depressiya müəyyən edilib.

Bu telefonların məlumatları izləniləndən sonra 28 nəfərin psixoloji vəziyyəti də müayinə edilib. Onlarda depressiya aşkarlanıb. Alimlər bu təcrübənin nəticələrinin digər testlər qədər uğurlu olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm