Qırmızı.az
3 minə yaxın keçmiş məhkuma birdəfəlik müavinət verilib
Bu ilin birinci yarımili ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş, tibbi və sosial yardıma ehtiyac duyan 2830 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti verilib.
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi üçün onların peşə reabilitasiyası istiqamətində tədbirlər cari ilin 6 ayında da davam etdirilib. Bu müddətdə cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək 45 nəfər şəxs, o cümlədən 29 nəfər üçün kompyuter istifadəçisi, 16 nəfər üçün isə mebel quraşdırıcısı peşəsi üzrə peşə hazırlığı kursları təşkil olunub.
Hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi qeyd olunan şəxslərin sosial adaptasiyası, onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının müdafiəsi və s. kimi məqsədlərə xidmət edəcək.
Anar Tağıyev
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi