“Facebook”da problem yarandı
Bizi izləyin

Qırmızı.az

“Facebook”da problem yarandı

Dünyanın ən böyük sosial şəbəkələrindən olan “Facebook”da bir sıra problemlər yaranıb.

Publika.az xəbər verir ki, artıq 2 gündür bu sosial şəbəkədə təhlükəli viruslar yayılıb. Viruslar o qədər güclüdür ki, hətta bir sıra istifadəçilərin profillərinin parolları onların vasitəsilə ələ keçirilib.

Bütün bunlar bir yana, istifadəçilərin profillərindən əxlaqsız videoçarxlar yayılmaqdadır. Videoçarxlar yalnız profil istifadəçiləri üçün yox, onları izləyənlər üçün də təhlükəlidir. Maraqlıdır ki, sahə üzrə ekspertlər bununla bağlı əvvəldən xəbərdarlıq etməyə macal tapmayıblar.

Qeyd edək ki, profillərinə virus düşənlər arasında ölkəmizin tanınmış şəxsləri kifayət qədərdir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm