Qırmızı.az
FHN yanğınlarla bağlı əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə sakinlərinə müraciət edib.
Publika.az FHN-ə istinadən xəbər verir ki, müraciətdə bildirilir: “Son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarıb.
Yuxarıda qeyd olunanları, həmçinin, yanğınların milli sərvətimiz olan meşələrimizə, flora və faunaya törətdiyi təhlükəni, dövlət büdcəsinə vurduğu ziyanı, ən əsası isə insan həyatına yaratdığı riski nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi təbiətdə istirahət edən insanlardan odla ehtiyatlı davranmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parça və digər materialları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazidə və lazımi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı, kənd təsərrüfatı texnikası ilə işləyən vətəndaşlardan isə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi xahiş edir.
Yanğın baş verdikdə və ya hər hansı yanğın təhlükəsi hiss etdikdə nazirliyin “112” qaynar xəttinə zəng vurmağınız xahiş olunur”.
Anar Tağıyev
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?