Qırmızı.az
Mətbuat Şurası 2 qəzeti "qara siyahı"ya saldı
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclası keçirilib.
Şuradan Publika.az-a verilən məlumata görə, komissiyanın sədri,
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın
gündəliyi barədə məlumat verib. O bildirib ki, gündəliyə ümumilikdə
15 məsələnin müzakirəsi daxil edilib. Onlardan biri şikayətlər üzrə
komissiyanın təqdimatına əsaslanıb.
Müzakirələrdən sonra "Kölgəli iqtisadiyyat və korrupsiya",
"İqtisadiyyat və kölgə" qəzetlərinin MŞ-nin "qara siyahı"sına
salınmasına dair rəy çıxarılıb.
Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi
razılaşdırılıb. Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin
eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, kütləvi
informasiya vasitələrində peşə davranışı qaydalarına tam etinasız
yanaşıldığı vurğulanıb. Bildirilib ki, qəzetlərin yarıtmaz
fəaliyyəti ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya
qarşı mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub.
Eyni zamanda, MŞ-nin Şikayətlər üzrə komissiyasının sonuncu
iclasında "İqtisadiyyat və kölgə" qəzetindən şikayətlərin nəzərdən
keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə
çatdırılıb.
İclasda, həmçinin MŞ-nin "qara siyahı"sında yer almış bəzi
KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb.
Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq
təlimatına əsaslanılaraq prosedur fəaliyyət həyata keçirilib,
müraciət müəllifləri dinlənilib.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”