Məktəblilər arasında kimya olimpiadası təşkil ediləcək
Bizi izləyin

Qırmızı.az

Məktəblilər arasında kimya olimpiadası təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Təhsil Nazirliyi ilə birgə Bakı və Sumqayıt məktəblilərinin kimya olimpiadasını keçirəcək.

Bu barədə Publika.Az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib Olimpiada 2015-ci ildə məktəblilərin Kimya üzrə Dünya Olimpiadasının Azərbaycanda keçirilməsi ilə əlaqədar təşkil olunur. Bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub. Burada məqsəd məktəblilərin peşə seçimində qabiliyyətlərini stimullaşdırmaq, yaradıcılıq keyfiyyətlərini üzə çıxarmaq, intellektual inkişafını və professionalının səmərəli istiqamətləndirilməsini təmin etməkdir.


Bu il martın 29-da Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda keçirilməsi nəzərdə tutulan olimpiadada Təhsil Nazirliyinin IX-X sinif şagirdləri üçün keçirmiş olduğu test imtahanlarında kifayət qədər bal toplamış şagirdlər iştirak edəcəklər. Olimpiadanın xüsusi test bankları, onlardan istifadə və cavabları qiymətləndirmə proqramı münsiflər heyəti tərəfindən hazırlanacaq.



İclasda olimpiadanın əsasnaməsi də təsdiq edilmişdir. Sənədə görə, qaliblər AMEA-nın Fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılacaqlar. Ən yüksək bal toplayan 10 nəfərdən ibarət komanda Neft-Kimya Prosesləri İnstitutunun bazasında Kimya üzrə Dünya Olimpiadası üçün hazırlıq proseslərinə cəlb ediləcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm