ŞOK İDDİA: Qurani-Kərim Məhəmməd peyğəmbərdən əvvəl yazılıb
Bizi izləyin

Qırmızı.az

ŞOK İDDİA: Qurani-Kərim Məhəmməd peyğəmbərdən əvvəl yazılıb

İngiltərədə saxlanılan və ən qədim olduğu deyilən Qurani-Kərimlə əlaqədar şok bir iddia irəli sürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ingilis tarixçiləri və mütəxəssisləri tərəfindən irəli sürülən iddiaya görə, ən qədim Qurani-Kərim Məhəmməd peyğəmbərdən daha əvvəlki dövrə aiddir.

Qurani-Kərim nüsxəsinin dəqiq tarixi məlum deyil. İddiaya görə, Birmingem şəhərindəki Qurani-Kərim nüsxəsi 568-645-ci illər arasında yazılıb. Məhəmməd peyğəmbər isə 571-632-ci illərdə yaşayıb.

Belə bir iddianın ortaya atılması isə “islam tarixinin yenidən yazıla biləcəyi” barədə fikirlərin yaranmasına səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm