Təhsil Nazirliyi müsabiqə elan edir
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi müsabiqə elan edir

Sentyabrın 21-də “Elektron Təhsil” respublika müsabiqəsinə start veriləcək.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək.


Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq və tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaqdan ibarətdir.


Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi hədiyyələr təqdim olunacaq.


“Elektron Təhsil” Respublika müsabiqəsi barədə bu linkdən (http://edu.gov.az/az/page/228/11213) məlumat almaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm